BolgeXeber.Com » Kürdəmirdə məktəb direktoru: "Məktəbi odunla qızdırmaq olmur..."
Kürdəmirdə məktəb direktoru: "Məktəbi odunla qızdırmaq olmur..."
27-11-2015, 10:52
Oxunub: 2 984
Qəzalı vəziyyətdə olan 22 məktəb və bir məktəbdənkənar müəssisənin qızdırılmasında çətinliklər yaşanır
Kürdəmir rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində qışa hazırlıqla bağlı müəyyən addımlar atılıb.
Kürdəmir Rayon Təhsil Şöbəsinin (RTŞ) müdir əvəzi Əsgər Hüseynovun sözlərinə görə, hazırda mövcud 58 ümumtəhsil və 4 məktəbdənkənar müəssisənin 26-sı fərdi istilik sistemi ilə qızdırılır. Digər 36 məktəb binasında isə istilik vasitəsi kimi odun yanacağından istifadə edilir.
RTŞ-dən bildirilib ki, qışa hazırlıqla əlaqədar görülən işlərlə yanaşı çatışmazlıqlar da var. Əsasən də qəzalı vəziyyətdə olan 22 məktəb və bir məktəbdənkənar müəssisənin qızdırılmasında çətinliklər yaşanır.
Rayonun Axtaçı kənd ümumi və tam orta, Çərkəz, Təklə, Şilyan ərazisindəki məktəblərdə bunu müşahidə etmək mümkündür.
"Peçlərimiz var. Peçlərdə odun yanır. Amma daş binadır. Buranı normal şəkildə odunla qızdırmaq qeyri-mümkündür" - deyə Qarasu məktəbinin direktoru Abduləli Qocayev bildirib.
Həmin binalar təmir olunarsa, isitmə işinin də asanlaşacağı bildirilir ("Region" TV).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər