BolgeXeber.Com » "Baku Crystal Hall"da Aygün tüğyan edəcək - Foto + Video

"Baku Crystal Hall"da Aygün tüğyan edəcək - Foto + Video

31-08-2017, 00:24
Oxunub: 4 891 "Baku Crystal Hall"da Aygün tüğyan edəcək - Foto + VideoXəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova solo konsert verəcək

Bolgexeber.com-un məlumatına görə, müğənni sentyabrın 22-də “Kristal hall”da səhnəyə çıxacaq.

Saat 20.00-da müğənninin səhnəyə çıxması ilə coşğulu anlar yaşanacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konsert üzərində fransız xareoqraf və rejissor Red Bentifor çalışır. Onunla birlikdə Bakıya çalışdığı rəqqaslar və aktyorlar gəliblər. Rəqqaslar Amerika, Kolumbiya, İtaliya və Fransadandılar.
Tədbirin səs rejissorluğu Jerar Albodur. Jerar Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenaristi Argentinadan gələn Santyaqo Fernandezdir. Layihədə A.Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir.
Müğənninin geyimlərini modelyer Rüfət İsmayılov hazırlayacaq. Səhnə dekorasiyası üzərində isə Tea Teliya çalışır. Kosnertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımovdur.
Bir sözlə əyləncə, coşqu, sürpriz, həyəcan dolu bir gün tamaşaçıları gözləyir.
"Baku Crystal Hall"da Aygün tüğyan edəcək - Foto + Video
"Baku Crystal Hall"da Aygün tüğyan edəcək - Foto + Video