BolgeXeber.Com » AVTOVAĞZALDA ÇƏKİLƏN BU FOTO GÖRƏNLƏRİ ÜZDÜ - RÜSVAYÇILIQ

AVTOVAĞZALDA ÇƏKİLƏN BU FOTO GÖRƏNLƏRİ ÜZDÜ - RÜSVAYÇILIQ

1-09-2017, 11:03
Oxunub: 2 586 AVTOVAĞZALDA ÇƏKİLƏN BU FOTO GÖRƏNLƏRİ ÜZDÜ - RÜSVAYÇILIQBakı Beynəlxalq Avtovağzalında biabırçılıqlar davam edir. Belə ki, sözügedən vağzal sabiq nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasından çıxarılsa da, bu strukturda heç bir ürəkaçan xidmət gözə dəymir. Əksinə hər ötən gün vəziyyətin daha da ağırlaşması müşahidə olunur

Etiraf edək ki, əksəriyyət yeni rəhbərliyin avtovağzaldakı dözülməz vəziyyəti nizama salacağına böyük ümidlər bəsləyirdi. Amma son aylar bu qurumda baş verən rüsvayçılıq, özbaşınalıq və qanunsuzluqlar məlum strukturun fəaliyyətinin çox acınacaqlı olduğunu bir daha aydın şəkildə ortaya qoydu. Avtovazğzalda sabiq rəhbərlikdən qalan bilet dəllallığı, kassaların sürücülərlə "sövdələşmə"yə girərək biletləri onlara satıb, sərnişinlərə isə "biletlər yoxdur" deməyi, sürücülərin də aldıqları biletləri istədikləri qiymətə sırıması, heç bir etik və əxlaqi kodekslərə sığmayan davranışları getdikcə daha ağır vəziyyət alır.

İndi sizə təqdim etdiyimiz foto isə fikirlərimizin ən bariz nümunəsi sayıla bilər:

AVTOVAĞZALDA ÇƏKİLƏN BU FOTO GÖRƏNLƏRİ ÜZDÜ - RÜSVAYÇILIQ


Bu fotonu "Sherg.az"a oxucularımızdan biri göndərib və şəkil 26 avqust, axşam saat 11:57 radələrində lentə alınıb. Oxucumuzun verdiyi məlumata görə, 3 azyaşlı övladı və bir xeyli baqajı ilə Qazaxa yola düşmək istəyən orta yaşlı ana nə kassadan bilet tapa bilib , nə də sürücülərin özbaşına tələb etdiyi pulu verməyə imkanı olub:

"Məhz ona görə də ana məcbur qalıb yuxusuzluğa tab gətirə bilməyən balalarını Bakıdan Qazaxa yola düşən avtobusların dayandığı ərazidə yüklərin üzərində uzadaraq yatızdırıb, rəhimli bir sürücüyə rast gələcəyini gözləyir. Bizim bəzi sürücülər isə insaf, vicdan və mərhəmət hissini çoxdan itirib. Vəziyətin dözülməz olduğunu görən bir neçə sərnişin öz aralarında 3-5 manatdan pul yığmaqla həmin anaya maddi yardım göstərdilər. Və sonda o ana avtobusda özlərinə yer almağa müəssər oldu".

P.S. "Sherg.az" olaraq Avtovağzal rəhbərliyindən təqdim etdiyimiz fotoya baxıb nəticə çıxarmasını və ciddi özbaşınalığa yol verən aidiyyatı şəxsləri cəzalandırmasını tələb edirik. Ona görə ki, Azərbaycan prezidenti cənab İlham Əliyev harada olmasından asılı olmayaraq daim öz vətəndaşarımıza sahib çıxır və məmurları da bu yola səsləyir. Əks təqdirdə özbaşınalığa yol verən,sadə, sivil və siravi vətəndaşı qul, kölə hesab edən məmurların cəzalandırılacağını bəyan edir. Bundan başqa, ölkəmizə dünyanın bir sıra inkişaf etmiş ölkələrindən turistlərin axın olduğu bir vaxtda bu cür içacıdan, qandonduran mənzərənin yaranması ölkəmizin beynəlxalq imic və reytinqinə birbaşa xələl gətirir. Hər halda Azərbaycan dünyanın geridə qalmış deyil, sürətlə dünyaya inteqrasiya edən hüquqi, müasir və inkişaf etməkdə olan ölkədir. Avtovağzal rəhbərliyinin belə yarıtmaz fəaliyyəti isə bütün çağdaş elementləri özündə ehtiva etməyə can atan Azərbaycanı dünyanın ən geridə qalmış ölkələrinin sırasına endirir. Nəticə çıxarın, CƏNABLAR !