Masallıda pullu turizm sərgisi
26-05-2014, 13:35
Oxunub: 4 324
İcra Hakimiyyəti turizm obyektlərindən məcburi qaydada vəsait toplatdırıb
Mayın 24-də Masallıda, “Viləş” otelində turizm sərgisi təşkil olunub. Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan xəbərdə qeyd olunur ki, sərgidə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri rayonda fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri iştirak ediblər.
Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar və rayonun istehsalı olan kənd təsərrüfatı məsulları təqdim olunub. Bui şin rəsmi tərəfi. Bir də işin qeyri-rəsmi tərəfi var.
Jam.az-ın əldə etdiyi məlumata görə, Masallıda keçirilən turizm sərgisi heç də pulsuz başa gəlməyib. Daha doğrusu, yerli turizm obyektlərinin sahibləri belə bir tədbirin keçirilməsinə əvvəlcə sevinsələr də, sonradan peşiman olublar. Çünki İcra Hakimiyyəti onlara dəvət göndərməklə yanaşı, sifarişini də çatdırıb.
Rayondakı mənbələrdən verilən məlumatda deyilir ki, İcra Hakimiyyətindən gələn sifarişdə bildirilib ki, sərgiyə qatılmaq istəyənlər müəyyən məbləğdə pul verməlidirlər. Həmin məbləğ isə heç də kiçik rəqəmlərlə ifadə olunmayıb. İş adamları ilk olaraq bundan imtina etmək istəsələr də, rayon rəhbərliyi onlara ikinci xəbərdarlığını edib. Yəni, proses məcburi xarakter daşıyır. Və bundan sonra onlar məcburiyyətdən tələb olunan məbləği verməli olublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər