"Aqrolizinq" ASC-də 33,1 milyon manatlıq yeyinti-VİDEO
28-05-2014, 10:15
Oxunub: 5 628
Şəki filialında 2 adda 17 ədəd texnikanın nə izi, nə tozu qalıb
Azərbaycan Hesablama Palatasının "Aqrolizinq" ASC-də aşkarladığı dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən istifadədəki qanunsuzluqlarla bağlı yeni təfərrüatlar əldə edilib.
Hesablama Palatasının Prokurorluğa göndərdiyi faktlara müalicə adı ilə ölkəni bir neçə gün əvvəl tərk edən "Aqrolizinq" açıq səhmdar cəmiyyətinin keçmiş rəhbəri Əli Bayramov "Xəbərçi"yə açıqlamasında münasibət bildirib. O, yaxın günlərdə Bakıya gələcəyini deyib.
Hesablama Palatası "Aqrolizinq" ASC-dən apardığı yoxlamalar barədə materialları Baş Prokurorluğa göndərib. Palatanın açıqlamasında hansı maliyyə pozuntularının olması göstərilmir. Lakin Hesablama Palatasının 2013-cü il hesabatına nəzər saldıqda bəzi məsələlər aydın olur. Hesabatda "Aqrolizinq" ASC-yə ən az, nə çox düz 11 səhifə yer ayrılıb. Bu 11 səhifədə cəmiyyətin ən çox yeyinti hallarına yol verdiyi filialları - Şəki regional loqistik bazası, Şəki və Horadiz filiallarıdır.
Məsələn, Şəkidə müvafiq sənədlər saxtalaşdırılmaqla, otlaq, örüş, biçənək yerləri əkin sahələri kimi göstərilərək 1347,2 ton mineral gübrə əsassız olaraq məxaric edilib. Bunun da tam yarısının dəyəri istehsalçıların adından kassaya daxil edilib, qalan 50 faizi isə dövlət büdcəsindən istehsalçılara verilən güzəştlər hesabına bağlanıb. Bu isə təkcə bir fakt üzrə 13 min manatdan çox yeyinti deməkdir. Digər bir fakt Şəki bazasında əmtəəşünas, sürücü və mexaniklərin işə çıxmadığı halda ona aylarla əmək haqqı hesablanıb. Burada həm də başqa çoxlu sayda ölü ştatların olub. Həmçinin əldə edilən vəsait kassaya daxil edilməyərək müxtəlif şəxslərin adında guya borcda saxlanılıb. Şəki filialında həmçinin 2 adda 17 ədəd texnikanın nə izi, nə tozu qalıb. Fermerlər taxıl sahələrini biçmək üçün kombayn tapmadığı halda 19 ədəd kombayn istifadəsiz saxlanılıb.
Hələ 4 il əvvəl Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi "Aqrolizinq" ASC-nin fəaliyyətini araşdıraraq ciddi korrupsiya faktları üzə çıxarıb. Həmin hesabatda deyilir ki, "Aqrolizinq" 2005-2009-cu illərdə Azərbaycana 100 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Lakin Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir. Yəni ASC rəsmi elan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib. "Aqrolizinq" ümumilikdə son 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini bildirir. Amma Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174,5 milyon manat olub. Ortada 33,1 milyon manat fərq yaranır.
Hesabata əsasən 2008-ci ildə 1000 baş cins inək alınmasına dair Böyük Britaniya şirkəti ilə 3 milyon manatlıq müqavilə imzalanıb. Amma ölkəyə 770 baş inək gəlib çıxıb. Eyni hallar gübrələrin alınması zamanı yaranıb. Sadalanan 3 halda təxminən 50 milyon manatın hara xərcləndiyindən xəbər yoxdur.
Bütün bu hallar üzə çıxdıqdan sonra "Aqrolizinq"in keçmiş rəhbəri Əli Bayramovun ərizə yazdığı, səhhətində problem yaranması əsas gətirərək ölkəni tərk etdiyi deyilir. Əli Bayramov isə ANS-ə açıqlamasında ölkədən qaçmadığını, hazırda Türkiyədə müalicə aldığını və həftəsonu ölkəyə qayıdacağını dedi. "Aqrolizinq"in keçmiş rəhbəri Hesablama Palatasının ortaya qoyduğu desyeyə "heç bir yeyinti olmayıb" cavabını verdi.
"Aqrolizinq" ASC-nin keçmiş sədri Əli Bayramov deyir ki, bax, bu saat İstanbulun Anadolu klinikasındayam, burdan gedəcəm başqa bir klinikaya, hər şey qaydasındadır, indi onu niyə elə yazıblar, filan eliyiblər, hamısı araşdırılacaq hamısı bilənəcək.
Kənd təsərrüfatı nazirliyindən bildirildi ki, Əli Bayramov baş verən yeyinti hallarına görə deyil, öz ərizəsi ilə işdən gedib. Sədrin səlahiyyətlərinin icrası Elşən Məmmədova həvalə edilib. Nazirliyin mətbuat xidmətindən bundan əvvəl Şəki filialında Hesablama Palatasının yoxlama aparıldığını və toplanmış materialların korrupsiyaya qarşı mübarizə idarəsinə göndərildiyini deyilirdi. Baş prokurorluqdan bildirildi ki, prokurorluğa çoxsaylı materiallar daxil olur, aparılan araşdırmaların nəticəsi barədə açıqlama veriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər