Ağsuda vəziyyət gündən-günə acınacaqlaşır
28-05-2014, 12:10
Oxunub: 4 086
İcra başçısı Ənvər Seyidəliyev problemlərə səthi yanaşır
Dağlıq Şirvan iqtisadi zonasının incilərindən sayılan Ağsu rayonunda insanların həyat səviyyəsinin aşağı olması sakinlərin başqa şəhər və rayonlara, o cümlədən paytaxta üz tutmalarına səbəb olub. Rayondakı mənbələrimizin qəzetimizə verdiyi məlumata görə, buradakı acınacaqlı durum ən yüksək həddə çatıb. Bütün bunlar rayonun bəzi vəzifəli şəxslərinin fəaliyyətsizliyi ilə əlaqədardır. Məsələ burasındadır ki, Dağlıq Şirvan iqtisadi zonasının aparıcı rayonlardan biri olan Ağsunun acınacaqlı vəziyyətə düşməsinin səbəbi isə bir sıra səriştəsiz vəzifəli şəxslərdir. Məsələ burasındadır ki, hal-hazırda rayonda işləyən müəssisələrin sayı həddindən artıq məhduddur. Eyni zamanda, işsizliyin səviyyəsi də aydın nəzərə çarpır.
Rayonun kəndlərinin bir sıra sakinləri çörək dalınca paytaxt Bakıya, eləcə də qonşu ölkələrə üz tutur, bəzilərinin də rayonda qalaraq, güzəranlarını qurmağa çalışırlar. Sakinlər bildirirlər ki, rayonda fəaliyyət göstərən dövlət idarələrində isə işə düzəlmək üçün iki variant mövcuddur. Birinci variant ondan ibarətdir ki, burada yaxşı yerdə işləmək üçün rayonun bəzi qurumlarının rəhbərlərinin yaxın qohumu olmalısan. Bu mümkün olmadıqda isə yaxşı imkanların olmalıdır ki, səni işə götürsünlər.
Burada bəzi məmurlar vəzifəyə təyin olunandan sonra daha çox öz yaxınlarına, qohumlarına və adamlarına köməklik etməyə başlayıblar. Onlardan bəziləri rayon sakinlərini ümumiyyətlə, saya salacaq qədər münasibət saxlamır. Bəzi məmurlar gələn şikayətçiləri isə birtəhər başından edir ki, sabah Bakıdan ona hansısa söz deyilməsin. Ağsuda yeni iş yeri açmaq və ya kiçik bizneslə məşğul olmaq isə məşəqqətli məsələdir. Məhz buna görə də bir çoxları rayonda iş görməkdən çəkinərək, qonşu rayonlara üz tuturlar. Sakinlər deyirlər ki, Ağsu rayonu ərazisinə daxil olan mərkəz Ağsu şəhəri ilə yanaşı, 78 kənddə də vəziyyət acınacaqlıdır. Ləngəbiz, Qəşəd, Keçdiməz, Rəhimağalı, Kəndoba, Rəhimli, Çaparlı, Daşdəmirbəyli, Ağabəyli, Ağarx, Ərəbuşağı, Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Mustafalı, Xəlilli, Qaradağ, Şahbəyli, Bozavand, Qarabağlı, Ağalarbəyli, Maşadqanlı kəndlərinin sakinlərinin yeganə ümid yerləri meyvə-tərəvəz, əkinçilik, maldarlıqdır. Bu kəndlərin sakinləri yalnız həyətyanı sahələrindən, bağlardan əldə etdikləri meyvələrlə dolanırlar. Rayonun Qiyaslı, Cəfərli, Cəlayir, Hacıuşağı, Abasxanlı, Qaraqoyunlu, Musabəyli, Dəllər, Muradlı, Təklə, Hacısəmədli, İlxıçı, Növcü, Qaravəlli, Məlikçobanlı, Çiyni, Bəyimli, Hacıqədirli, Göydəlləkli, Padar, Küllülü, Kəlağaylı, Yenilik, Gursulu, Kövlüc, Yenikənd, Gəndəxan, Hinqar, Girdə, Elabad, Nuran, Zərqava, Nüydü, Sanqalan, Xasıdərə, Quzey, Qırlar, Suraxanı, Xatman,Hacman, Dilman, Pirhəsənli, Qaraqaşlı, Ülgüc, Navahı, Qaraməmmədli, Padarqışlaq, Axundlu, Hacıman, Aratlı-Curuğlu, Ərəbsarvan, Gürcuvan, Nəmirli kəndləri isə boşalmaqdadır. Əsas problem qışda elektrik enerjisinin və mavi yanacağın qıtlığı məsələsidir. Hətta elə yerlər var ki, ora ümumiyyətlə qaz çəkilməyib.
Elə Ağsunun mərkəzində də əhalinin narazılıq etdiyi əsas problemlərdən biri işıq və təbii qazla bağlıdır. Çünki hələ ötən ilin payızında bu iki nəsnədən əziyyət çəkən rayon sakinləri əvvəlcə düzələcəyini ümid etsələr də, sonradan vəziyyətin dəyişməyəcəyinə əmin olurlar. Sakinlər deyirlər ki, bu şəkildə davam edərsə, rayonun kəndləri yenə qışda işıq üzünə həsrət qalacaqlar. Çünki başqa şəkildə işıqla bağlı problemlərini həll edə bilmirlər. Müvafiq qurumlara edilən şikayətlərin qulaqardına vurulması isə onların canlarını boğaza yığıb. Sakinlərin sözlərindən məlum olur ki, bir sıra məmurların kübar həyatı keçirən övladlarının özbaşınalığı baş alıb gedir.
Sərvətləri müxtəlif yollarla əldə edən bəzi şəxslər, onların balaları həmin pulları öz məqsədləri üçün də xərcləyir. Belələri üçün mənasız həyat tərzi gündəlik əyləncə növünə çevrilib. Halbuki rayon problemlərlə üz-üzə qalıb. Bütün bunlar onu göstərir ki, Ənvər Seyidəliyev hələ də Ağsunun problemlərini birdəfəlik həll etməyə müvəffəq olmayıb. Əksinə, rayonqda işsizlik, sosial problemlər gündən-günə çoxalır.gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər