“Bandotdel” əməliyyat keçirdi-Həbs olunanlar var
28-05-2014, 12:30
Oxunub: 4 413
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz qumarxana fəaliyyətinin qarşısını alıb.
Baş İdarə əməkdaşlarının Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirləri zamanı Cavadxan küçəsi 12 ünvanda qanunsuz “onlayn” qumar oyunlarının təşkil edilməsi aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri – 21 yaşlı Vüsal Məmmədzadə, 37 yaşlı Namiq Abbasov və 50 yaşlı Nofəl Rəfibəyli əvvəlcədən əlbir olaraq obyekti icarəyə götürüblər və burada müxtəlif qumar oyunları təşkil ediblər.
Obyektə baxış zamanı daha 7 nəfər vətəndaşın da qanunsuz qumar oyunlarında iştirakı müəyyənləşib. Vüsal Məmmədzadə ifadəsində bildirib ki, o, qanunsuz futbol proqnozları vermək adı ilə vətəndaşlardan külli miqdarda pul yığıb. Araşdırmalarla daha sonra müəyyən edilib ki, Namiq Abbasov isə obyektin bir hissəsində qanunsuz loto-kazino təşkil edib. Namiq Abbasov da bu yolla vətəndaşların külli miqdarda pulunu mənimsəyib.
Əməliyyatçılar obyektdən qumar oyun proqramları yazılmış kompüter dəstləri, monitorlar, qumar kuponları çap edən xüsusi printerlər, külli miqdarda oyun kuponu və nəğd pul aşkarlayaraq götürüblər. Saxlanılan 3 nəfər barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, istintaq araşdırmaları aparılır.
Həmçinin qumar oyunlarında iştirak edən digər şəxslər barəsində də qanunla nəzərdə tutulmuş qaydada ölçü götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər