"Direktor Ofelya Babayeva məktəbi rüşvət bataqlığında məhv edir"
29-05-2014, 11:10
Oxunub: 5 162
«Direktor Ofelya Babayevanın işi ancaq bizim əlimizlə pul yığmaqdır, bircə maaş kartımız qalıb onu da verək ki, gözü doysun»
Dünən elektron ünvanına Sumqayıt şəhər 11 saylı orta məktəbin müəllim kolektivi adından şikayət məktubu daxil olub. Həmin məktubda deyilir ki, 68 yaşlı direktor Ofelya Babayeva məktəbi rüşvət bataqlığında məhv edir.
Onlar qeyd edirlər ki, təhsil naziri Mikayıl Cabbarovun məktəblərdə pul yığımına qarşı etdiyi xəbərdarlıqlara baxmayaraq 11 saylı orta məktəbin direktoru hələ də öz “qanunlarını” tətbiq etməkdə davam edir. «Bütün müəllimləri şağgirdlərdən pul yığmağa vadar edir. Sinifə təyin etdiyi “norma” yığılmadıqda çatışmayan məbləği müəlimin özündən tələb edir. Əks halda işdən qovmaqla, dərs saatlarını kəsməklə hədələyir. Biz burada dərs deməyə yox pul yığmağa gəlirik. Təsəvvür edin ki, Ofelya Babayeva 8 martda, müəllimlər günündə, öz ad günündə də müəllimlərin qarşısında tələb qoyur. İbtidai sinif müəllimləri 50, qalanları 100 manat pulu siyahı ilə təqdim etməlidir. Bir o qalıb ki, maaş kartlarımızı da toplayıb ona verək bəlkə gözü doydu».
Ofelya Babayeva bir xeyli əvvəl Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri olub və həmin vaxt ciddi bir nöqsan səbəbindən işdən azad edilib. Belə ki, idarə müdiri olan zaman «Gülüstan» Sarayında gəlninə brilliantdan tac hədiyyə etdiyi üçün keçmiş prezident Heydər Əliyev tərəfindən işdən azad edilib. Müəllimlər deyir ki, görünür, direktor bu hadisədən hələ də dərs çıxarmayıb?
11 saylı məktəbin müəllim heyəti bildirir ki, onlar bu problemlərdən canlarını qurtarmaq istəyirlər və müvafiq dövlət qurumlarından tədbir görmələrini istəyirlər.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər