BolgeXeber.Com » Gündəm » “Merac Holdinq” in sədri 20 min manat rüşvət alarkən tutulub

“Merac Holdinq” in sədri 20 min manat rüşvət alarkən tutulub

29-05-2014, 11:40
Oxunub: 3 211 Şirkətinin İdarə Heyətinin sədri barəsində həbs qətimkan tədbiri seçilmişdir

Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə “Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir.
Belə ki, “Merac Holdinq” şirkətinin İdarə Heyətinin sədri Səbuhi Əliyev qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgəəmlakını ələ keçirmək məqsədilə Zaqatala-Balakən bölgəsində baş vermiş təbii fəlakətdən zərər çəkən ailələr üçün nəzərdə tutulan yaşayış evlərinin tikintisinin aparılmasında subpodratçı kimi işləmək üçün “Bakıenerjitikinti” ASC-nin əməkdaşınaguya tanıdığı vəzifəli şəxsin köməyi ilə inşa ediləcək 204 evin tikintisinin həmin cəmiyyətə həvalə olunacağını vəd edərək ondan bunun müqabilində hər ev üçün 120 manat olmaqla 24 min 480 manat pul istəyib həmin məbləğin 20 min manatını şirkətin ofisində alarkən cinayət başında yaxalanmışdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq) və 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə cinayət işi başlanmışdır.
S.Əliyevin yaşadığı mənzilə baxış zamanı ayrı-ayrı vətəndaşlara aid şəxsiyyət vəsiqələri və hərbi biletlərinsurətləri, tibbi arayışlar, yaşayış yeri və ailə tərkibi haqqında arayışlar, fotoşəkillər və iş üçün əhəmiyyət kəsb edən digər sənədləraşkaredilərəkmaddi sübut kimi götürülmüşdür.
S.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda S.Əliyev tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.