Goranboyda müəllim müəllimə yoldaşını doğradı
29-05-2014, 11:55
Oxunub: 2 865
Peşəsi insanlara şəfqət, elm, hümanizm təlim etmək olan şəxs özü qatil olanda bu, ikiqat faciədir, illah da ki, qatilin qurbanı müəllim olanda...
“Heç bir il deyildi ki, toyları olmuşdu. Toydan az sonra yola getmədilər, qız tez-tez küsüb atasının evinə gedirdi. Elə hadisə də həmin evdə baş verdi. Əri gedib onu ata evində bıçaqdan keçirdi”. Bu fikirləri müəllim ailəsində törədilən cinayəti araşdıran zaman milli.az-a rayon sakinləri dedilər.
Amansız cinayət hadisəsi Goranboy rayonunda törədilib. Nicat Həsənovqaynatasının evində 30 yaşlı arvadı Günay Quliyevanı bıçaqla öldürüb. Dünən bu haqda məlumat versək də, bu gün qətlin təfərrüatlarını öyrəndik.
Goranboy Rayon Prokurorluğundan əldə edilən xəbərə görə, Gənclər və İdman Mərkəzində müəllim işləyən N.Həsənov bir neçə ay əvvəl Günayla evlənib. Rayondakı orta məktəblərdən birində müəllim işləyən Günay hadisədən bir neçə gün əvvəl əri ilə dava edərək ata evinə gedib. Nicat isə hadisə günü onu evinə qaytarmaq üçün qaynatasının evinə gedib. Elə orada mübahisə düşüb və arvadına elə qaynanasının gözləri qarşısında 10-dan artıq bıçaq zərbəsi vurub. G.Quliyeva xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Hazırda N.Həsənov polis nəzarətinə alınıb və onun dindirilməsindən sonra bəzi qaranlıqlara da aydınlıq gətiriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər