Özünü doğrayan əlil danışdı: “Canımdan bezdirdilər“
30-05-2014, 11:35
Oxunub: 3 813
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd etmiş birinci qrup əlil Rəşid Nəbiyevin vəziyyəti ağır olaraq qalır
Aznews.az-ın əməkdaşı ilə danışan Nəbiyev inthara cəhd edən şəxs özünə qəsd etməsinin səbəblərinə də aydınlıq gətirib: “Danışmağa əziyyət çəkirəm, ağrılarım var. Məni çox incitdilər, canımdan bezdirdilər. Ona görə məcbur olub özümə qəsd elədim. Özümü çox pis hiss edirəm. Mən ikinci qrup əliləm, amma dərəcəmi düz vermirdilər. Çox get-gələ saldılar, axırda 3-cü qrup verdilər. Hadisə nazirliyin birinci mərtəbəsində olub. Dedim ki, nazirin qəbuluna düşmək istəyirəm. Şərait yaratmadılar”.
Qeyd edək ki, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nəbiyev dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib. Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəstənin qayğısına qalmaqdansa bu informasiyanı ört-basdır etmək istəyir. Belə olmasaydı Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Bu xəbər yalandır” kimi həyasızcasına açıqlama verilməzdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər