Nazir yaxın ətrafına konvert paylayır?
30-05-2014, 11:45
Oxunub: 4 655
Təhsil Nazirliyndə yenidən qaranlıq işlər həyata keçirilir və bu qarnlıq işlər məhz nazirin «komandası» tərəfindən idarə olunur
Misir Mərdanovun kadrları təhsil naziri Mikayıl Cabbarovu Nazirliyin işçilərini «ögeylərəə» və «doğmalara» ayırmaqda suçlayırlar.
Son zamanlar Təhsil Naziri Mikayıl Cabbarov haqqında deyilən və yazılan itthamlara, bir il ərzində işlədiyi dövr ərzindəki fəaliyyəti ilə bağlı söylənilən mənfi fikirlər haqqında nazir Mikayıl Cabbarov nədə ki Təhsil Nazirliyində vəzifə tutan hər hansı bir şəxs tərəfindən heç bir fikir bildirilməyib.
Müqayisə üçün qeyd edək ki, qonşu Türkiyə Respublikasında hətta baş nazir barəsində mətbuat, televizya və digər Kütləvi İnformasiya Vasitələrində hər hansı bir mənfi fikir səslənən zaman bu ölkənin baş naziri dərhal həmin məsələyə öz münasibətini bildirir. Lakin Amerika Birləşmiş Ştatları kimi bir demokratik ölkədə guya təhsil almış Mikayıl Cabbarovun bu işlərə belə laqeyd münasibət bəsləməsi çox təccüblüdir. Gözləyirdik ki, Mikayıl Cabbarov vəzifəsinin icarsına başladığı ilk günlərdə söylədiyi kimi hər zaman o mətbuatla və mətbuat işçiləri ilə bir araya gələcək onları maraqlandıran suallara, məsələlərə cavablar verəcək, Təhsil Nazirliyin qapısı mətbuat işçilərinə üzünə həmişə açıq olacaq, demokratiya və açıq söz prinsiplərinə əməl edəcəkdir. Ancaq bu heçdə belə olmadı Mikayıl Cabbarovun qapısı nəyinki mətbuata, mətbuat işçilərinə hətta bütün təhsil ictimaiyyətinə bağlı qaldı.
PİA.AZ-a Nazirlikdə Misir Mərdanovun dövründə çalışan bir neçə əməkdaşından daxil olan məlumata görə nazir Mikayıl Cabbarov bütün bunlarla yanaşı nazirliyin aparatında əməlli başlı ögey doğmalıq prinsipləri tətbiq edib. Bu isə nazirlikdə çalışan insanlarda narazılıq yaradıb.
Daxil olan məlumata görə özünün təşəbbüsü ilə Nazirliyə işə gətirdiyi «yeni komanda» üçün nazir aylıq konvert ödənclər müəyyənləşdirib. Məsələn mənbəninin iddisına əsasən nazir müavini Ceyhun Bayramov Nazirlikdə baş verən maliyyə əməliyyatlarının 5%-nə şərikdir, çünki onun qardaşı Maliyyə nazirinin müavini və dövlətin baş xəzinədarı Azər Bayramovdur. Yəni faktiki olaraq Ceyhun Bayramov nazirin xeyir-duası ilə Təhsil Nazirliyndə korrupsiya vasitəsi ilə əldə olunan qazancların 5%-nə sahib olub
Məlumata əsasən Aparatın rəhbəri Mətin Eynullayevə hər ay içində 10 min manat məbləğində, nazirin köməkçisi Əlipaşa Zeynalova 10 min manat, nazirin digər köməkçisi Anar Mahmudova 5 min manat, İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucova 10 min manat, Nazirliyin şöbə müdiri və eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin birinci müavini Elnur Əliyevə 10 min manat və Nazirliyin Xarici əlaqələr şöbəsinin müdirinə 5 min manat məbləğində konvert verir. Məlumatda qeyd olunur ki, bu siyahını çox uzatmaq olar. Amma əsas fakt odur ki, Mikayıl Cabbarov bilinməyən maliyyə mənbələrindən öz «komandasına» paket maaşı tətbiq etməklə onlara doğmalıq, digər məmurlara isə ögeylik nümayiş etdirir. Həmçinin bildirilir ki, Nazirlikdə hazırda ikitirəlik hökm sürür və Mikayıl Cabbarovun «komandası» Misir Mərdanov dövründən qalmış təcrübəli və bacarıqlı kadrlara isə müxtəlif yollarla təzyiqlər edir.
Qeyd edək ki, Mikayıl Cabbarovun hansı mənbələr hesabına «doğmalarına» konvert şəklində mükafat verməsi maraq doğurur. Narazılar hesab edirlər ki, nazirin öz «doğmalarına» payladığı paketlərlə bağlı maliyyə mənbəyi ilə bağlı sualın yalnız bir cavab ola bilər. Təhsil Nazirliyndə yenidən qaranlıq işlər həyata keçirilir və bu qarnlıq işlər məhz nazirin «komandası» tərəfindən idarə olunur.
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər