Qazaxda bələdiyyə sədri camaatı su ilə sınağa çəkir
30-05-2014, 13:10
Oxunub: 4 102
Aşağı Salahlı bələdiyyəsinin sədri xeyli torpaq sahəsi zəbt edib
Məlumdur ki, su çatışmazlığını aradan qaldırmaq, əhalinin içməli, eyni zamanda suvarma məqsədilə suya olan tələbatını ödəmək üçün rayonlarımızda artezian quyuları qazılır. Bunun üçün dövlətimiz kifayət qədər maliyyə vəsaiti ayırır ki, həm əhalimiz su sarıdan korluq çəkməsin, həm də ölkədə məhsul bolluğu yaransın. Ancaq çox təəssüf ki, bəzi yerli məmurlar əhalinin ümumi marağını nəzərə almaq əvəzinə öz şəxsi maraqlarını üstün tutur və insanları dövlətdən narazı salırlar.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) verdiyi məlumatda da su problemindən söhbət gedir. Məlumatdan bəlli olur ki, Qazax rayonu Aşağı Salahlı bələdiyyəsinin sədri Niyazi Hacıyev su artezian quyularını ancaq özünə məxsus torpaq sahəsində qazdırır. Bu isə əhalinin ciddi narazılığına səbəb olur. Həmin kəndin sakini olan Nəsib Nəsibov da bizimlə söhbətində bu faktı təsdiq etdi.
Həmçinin bildirilir ki, bələdiyyə sədri başqa şəxslərə məxsus xeyli torpaq sahəsini zəbt edərək, öz torpağına qatıb. Əhali yayın qızmar çağında öz torpaqlarını suvara bilmir.
Görəsən, Qazax rayonunun rəhbərliyi by barədə nə düşünür..?
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər