BolgeXeber.Com » Gündəm » Nizami Sadıqovla Ağdam maliyyə idarəsi rəisinin 30 milyonluq maxinasiyası

Nizami Sadıqovla Ağdam maliyyə idarəsi rəisinin 30 milyonluq maxinasiyası

4-06-2014, 11:40
Oxunub: 5 206 Nizami Sadıqov həmin pulla özünə Bakıda yerləşən”İzmir” restoranını alıb

Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqov tutduğu vəzifədən azad olunsa da onun rəhbərliyi altında həyata keçirilmiş iri miqyaslı maliyyə fırıldaqları ilə bağlı yeni məlumatlar daxil olmaqdadır.

Bununla bağlı məlumat verən mənbənin sözlərinə görə, Nizami Sadıqovla Ağdam rayon maliyyə idararəsinin rəisi Elşad Əliyevin ortaq şəkildə reallaşdırdıqları təkcə bir əməliyyat zamanı nə az, nə çox-düz 30 milyon manat “yoxa çıxıb”.

Mənbəmizin sözlərinə görə, keçmiş icra başçısı Nizami Sadıqovla razılaşdırılmış qaydada hərəkət edən Elşad Əhmədov 30 milyon manatı sənədlərdə “silmiş” və tərəflər bundan şəxsi məqsədləri üçün yararlanıblar. Belə ki, Nizami Sadıqov həmin pulla özünə Bakıda yerləşən”İzmir” restoranını alıb. “Ədalətsiz bölgüdən” narazı qalan maliyyə idarəsinin rəisinə isə daha bir “hədiyyə” verilib. Belə ki, onun həyat yoldaşı Ağdam məktəblərinin birinə direktor təyin olunur və həmin məktəbin ştat vahidləri məqsədli şəkildə şişirdilib.

Keçmiş icra başçısı ilə “maliyyə bossu”nun həmin 30 milyonluq maxinasiyası ilə bağlı araşdırmalarımız davam edir və yaxın zamanlarda bununla bağlı daha geniş və təfərrüatlı məlumat verməyə çalışacağıq.(savash.org)