Qubanın icra başçısından jurnalistə ilginc təklif
4-06-2014, 11:55
Oxunub: 4 652
Son dövrlər icra başçılarının qadınlara qarşı aqressiv davranması, yaxud “həssaslıq” nümayiş etdirmələri barədə xeyli sayda məlumatlar yayılmaqdadır
Bir müddət əvvəl rayonlardan birində baş verən belə bir olaya görə jurnalist hətta, kömək üçün mətbuata da müraciət etmişdi.
Lakin Quba rayonunu icra başçısı Mübariz Ağayev barəsində yayılan məlumatlar onu deməyə əsas verir ki, bu tendensiya hələ davam etməkdədir. Quba rayon icra hakimiyyətinin başçısı bir neçə ay bundan əvvəl onunla görüşüb, müsahibə götürmək istəyən qadın jurnalistlərdən biri ilə dost olmaq istəyib.
Mənbənin iddiasına görə, otaqda ikili görüş zamanı qadın jurnalistə pul və şərait yaradılacağını deyən icra başçısı bunun müqabilində onunla dost olmaq istədiyini vurğulayıb. Hətta, Qubadan qayıtdıqdan sonra da Bakıda Mübariz Ağayevin adamlarından birinin sözügedən şəxsə zəng edərək, onunla görüşmək istədiyini və icra başçısının ona 4000 manat pul göndərdiyini deyib.
Görüşdən sonra həmin jurnalist bu məsələni yaxın adamlarına danışıb və məsləhət istəyib. Ailəsi və övladları olan həmin şəxsə məsələdən uzaq durma təklif olunub. Buna baxmayaraq, icra başçısı vaxtaşırı ona zəng edib və dostluq təklifinin qüvvədə qaldığını bildirib. Məlumata görə, iş o həddə çatıb ki, qadın jurnalistin ailəsində bununla bağlı söz-söhbətlər yaranıb. Ancaq bu da icra başçısını öz əməlindən çəkindirməyib..
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər