«Karmen» MMC-dəki 1 milyon manatlıq oğurluğun əsl təfərrüatları...
4-06-2014, 12:45
Oxunub: 10 074
Əsabil Qasımovun şirkətində vergidən yayınma halları?
Hadisəni törədən şəxslə şirkət rəsmilərinin səsləndirdiyi rəqəmlər bir-birini təkzib edir.Son günlərin ən çox müzakirə edilən mövzularından biri də bu ilin aprel ayının 11-də "Karmen" MMC un məmulatları şirkətinin Xırdalan şəhəri, Şamaxı şossesi 23 ünvanında yerləşən baş ofisindən külli miqdarda pulun oğurlanması ilə bağlıdır. Diqqətinizə çatdıraq ki, polis 450 min manat məbləğində olan bu böyük oğurluq faktının üstünü açıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də bir nəfər saxlanılıb.
O, Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramiz Salman oğlu İmaməliyevdir. Səməd Vurğun küçəsi-41-də yaşayan R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. "Karmen"də törətdiyi talan isə onun üçüncü dəfə həbs olunmasına səbəb olacaq. Faktın üstünün açılması nəticəsində daha bir maraqlı məqam da ortaya çıxıb. Belə ki, saxlanılan şəxs şirkətdən 450 min manat deyil, 1 milyon manat apardığını etiraf edib. Qısa müddət ərzində oğurladığı vəsaitin 600 min manatını əyləncə və qızlara xərclədiyini deyən R.İmaməliyev qalan 400 min manatın yerini də göstərib. Əməliyyatçılar pulun 200 min manatının qəbristanlıqda basdırıldığını öyrənib və R.İmaməliyevin nişan verdiyi yeri qazaraq gizlədilən pulu çıxarıblar. Hazırda məbləğin digər hissəsi və xərclənən pullarla bağlı araşdırmalar davam edir. Qeyd edək ki, saxlanılan şəxs şirkətdən 1 milyon manat apardığını etiraf etsə də, şirkət rəsmiləri məbləğin 450 min manat olmasında israr edirlər. Bu isə bəzi şübhəli məqamların ortaya çıxmasına səbəb olub. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirək ki, Azərbaycan bazarında əhəmiyyətli paya malik olan «Karmen» MMC Milli Məclisin deputatı Əsabil Qasımova məxsusdur və millət vəkilinin biznes imperiyasının demək olar ki, özəyini təşkil edir. Ölkəmizdə un istehsalı ilə məşğul olan bir neçə şirkət fəaliyyət göstərsə də, onlar "Karmen”lə ayaqlaşa bilmirlər. Azərbaycanda əhalinin una olan tələbatı ildə təxminən 350 milyon manata yaxındır. Bazarın 80 faizinə isə sözügedən MMC nəzarət edir. Yəni şirkətin illik gəliri milyonlara bərabərdir. Onu da bildirək ki, «Karmen» MMC "Karat holdinq”in tərkibində fəaliyyət göstərir və əsasən un, makaron istehsalı ilə məşğul olur. "Karmen” unlarından fərqli olaraq makaronları bazarda şəriksiz lider olmasa da, ilk yerlərdən birini tutur. Millət vəkili Əsabil Qasımovun rəhbərlik etdiyi müəssisələr arasında "Dimes-Qafqaz” şirkəti adı ilə fəaliyyət göstərən və məhsulların satışı "Ramse” şirkəti tərəfindən həyata keçirilən "Dimes” meyvə şirələri zavodu da var. Deputatın yumurta bazarında da payı var. Belə ki, "Görədil” quşçuluq müəssisəsi Əsabil Qasımova məxsusdur. Milli Məclisdə İmişli rayonunu təmsil edən deputat həm də iri tikinti maqnatı kimi tanınır. Yayılan məlumatlara görə, şəhərin mərkəzi hissəsində hündür mərtəbəli binalar inşa etdirən biznesmen deputat bu sahədən böyük gəlir götürür. İndi isə qayıdaq «Karmen» MMC-nin baş ofisində qeydə alınan 1 milyon manatlıq oğurluq faktına. Hadisəni törədən şəxs açıq şəkildə şirkətdən bu qədər məbləğdə pul oğurladığını boynuna alıb. Amma istintaqa verdiyi sonrakı ifadəsində fikrini dəyişərək 450 min manat oğurladığını söyləyib. Özəl mənbələrdən əldə etdiyimiz bilgilərdə deyilir ki, bir neçə dəfə vergi ilə bağlı problem yaşayan şirkətin rəhbərliyi vəziyyəti nəzərə alaraq məbləği bilərəkdən kiçildib: «Əslində, hadisəni törədən şəxs şirkətdən 1 milyon manat pul aparıb. Buna baxmayaraq, MMC rəhbərliyi məbləğin az olduğunu söyləyir. Bunun səbəbi məlumdur. Belə ki, «Karmen» MMC fəaliyyətə başlayandan indiyə qədər dövlətə lazım olan miqdarda vergi keçirməyib. Hər dəfə problem yarananda isə deputat işə qarışaraq məsələni çözüb. Şirkətdə vergi ilə bağlı problemlər bu gün də var. Sadə yoxlama ilə hər şeyi üzə çıxarmaq olar. Bundan ehtiyat edən şirkət rəsmiləri oğurlanan məbləğin 450 min manat olduğunu deyir ki, Vergilər Nazirliyinin əməkdaşları gəlib yoxlama aparmasınlar».
Təbii ki, belə bir məsələ varsa, mütləq araşdırmaq lazımdır. Nazirliyin aidiyyəti strukturlarının məsul şəxsləri «Karmen» MMC-də vergi yoxlamalarına start verib qaranlıq məqamlara aydınlıq gətirməlidir.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər