AVP Masallı rayon təşkilatının növbəti konfransı keçirilmişdir
4-06-2014, 13:15
Oxunub: 5 263
3 may 2014-cü il tarixində Ana Vətən Partiyası Masallı rayon təşkilatının növbəti konfransı keçirilmişdir
Konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu, Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı, sədrin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov iştirak etmişdirlər. Konfransda həmçinin rayon ictimaiyyətinin və digər partiyaların nümayəndələri qonaq qismində iştirak etmişdirlər.
Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edərək ümumilli liderin ruhunu yad etmişdirlər.
Çıxışı edən E.Ağamalı, R. Yaqublu və Q. Əhmədov Ana Vətən Partiyasının keçdiyi tarixi yolun ayrı-ayrı məqamlarını, partiyanın ideoloji prinsiplərini və siyasi xəttinin əsas istiqamətlərini konfrans iştirakçılarının nəzərinə çatdırdılar. Natiqlər qarşıdan gələn bələdiyyə seçkilərinə toxunaraq ana vətənçiləri fəallıq nümayiş etdirməyə çağırdılar.
Konfransda təşkilatı məsələlərə baxıldı və Əhmədov Azad Məhəddin oğlu AVP Masallı rayon təşkilatının yeni sədri seçildi. Daha sonra Masallı rayon təşkilatının Məclisi, Şurası, NTK-sı və digər struktur orqanlarının tərkibləri və rəhbərləri seçildi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər