Ağdamın sabiq icra başçısı restoranını 8 milyona satır
6-06-2014, 14:50
Oxunub: 3 927
Ağdamın sabiq icra başçısı Nizami Sadıqovun Bakının mərkəzindəki “İzmir” restoranını satışa çıxardığı bildirilir
Mötəbər mənbənin verdiyi məlumata görə, keçmiş başçı Ağdam rayonundakı digər oblektlər kimi, “İzmir” restoranını da satmaq və biznes əlaqələrini xaricdə inkişaf etdirmək niyyətindədir. Qeyd olunur ki, başçının hazırda Riqada Azərbaycan konsulu olaraq çalışan oğlu Nicat Sadıqov da diplomatdan daha çox, iş adamı olmağa meyillidir və karyerasını iş adamı kimi davam etdirməkdə maraqlıdır.
Restoranın isə çox yüksək qiymətə – 8 milyon manata satışa çıxarıldığı deyilir. Mənbənin sözlərinə görə, N.Sadıqovun yaxın adamı tərəfindən idarə olunan bu restoran bir müddət öncə 5 milyon manata alınıb.
Xatırladaq ki, 2013-cü ildə dövlət büdcəsindən Ağdam rayonunun sosial-iqtisadi inkişafı üçün 37 milyon manat vəsait ayrılıb. Məhz “İzmir” restoranının da həmin dövrdə alındığı vurğulanır.
Qeyd edək ki, ki, Nizami Sadıqov 1 sentyabr 2009-cu ildən 16 aprel 2014-cü ilə qədər Ağdam rayonunun icra başçısı olub.
N.Sadıqovun məlum nömrələri daim söndürülmüş olduğundan, onun xəbərə münasibətini öyrənə bilmədik.
axar.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər