Lənkəranın icra başçısının səhhəti normaldır
6-06-2014, 15:15
Oxunub: 3 954
Taleh Qaraşov bu gün səhər işçilərinə bəzi göstərişlər verib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhətinin ağırlaşdığı haqda yayılan informasiyalarla bağlı şəhər icra hakimiyyəti ilə əlaqə saxlanılıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov deyib ki, Taleh Qaraşov bir neçə gün öncə Bakıda xəstəxanalardan birinə yerləşdirilib: “Özünü narahat hiss edirdi. Ona görə də hazırda Bakıda xəstəxanada müayinə olunur. Amma səhhəti ağır deyil”.
İlkin Rəhimov bildirib ki, icra başçısı iyunun 6-da şəhər icra hakimiyyəti aparatına daxil olan vəzifəli şəxslərlə əlaqə saxlayıb, tapşırıqlar verib: “Səhər danışdıq. İşimiz haqda məlumat verdik, Taleh müəllim də tapşırıqlar vardı. Hər şey qaydasındadır. Rahat danışır. Amma işə nə zaman çıxacağı haqda bir söz demədi”.
Müavininin sözlərinə görə, icra başçısının səhhətində əvvəllər ciddi problem olmayıb.
Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur. Sovet dövründə Kürdəmir rayonunun partiya və komsomol komitələrində müxtəlif vəzifələrdə çalışıb. 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini olub. 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər