BolgeXeber.Com » Gündəm » Bakıda 369 minlik dələduzluq

Bakıda 369 minlik dələduzluq

6-06-2014, 16:45
Oxunub: 3 891 Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


Bolgexeber.com-a Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı K.Muxtarovun “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Bolgexeber.com