BolgeXeber.Com » Gündəm » “Bank of Azerbaijan”da böyük miqdar pulu batan BŞDYPİ-nin məmuru kimdir?

“Bank of Azerbaijan”da böyük miqdar pulu batan BŞDYPİ-nin məmuru kimdir?

6-06-2014, 18:45
Oxunub: 4 041 Həmin şəxsin “Bank of Azerbaijan”a qoyduğu pulun miqdarı kifayət qədər böyük olduğundan o geri çəkilmək niyyətində deyil

Bolgexeber.com-a daxil olan məlumata görə bu yaxınlarda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) səlahiyyətli şəxslərindən biri ölkənin ən iri banklarından biri olan “Bank of Azerbaijan”ı məhkəməyə verməyə hazırlaşır.
Bildiyiniz kimi son zamanlar “Bank of Azerbaijan” da yaranmış maliyyə problemi getdikcə daha da dərinləşir. Hazırda bankla müştərilər arasında qarşıdurma səviyyəsində gərginlik yaşanır. Depozitləri geri almağa çalışan müştərilərə müxtəlif bəhanələr göstərildiyindən vəziyyət daha da dramatik şəkil alıb. Bank faktiki olaraq depozitləri ödəyə bilmir. Əldə etdiyimiz məlumata görə “Bank of Azerbaijan”dan əziyyət çəkənlərdən biri də BŞDYPİ-də yüksək vəzifə tutan məmurlardan biridir. Bildirilir ki,o bir müddət əvvəl külli miqadarda pul vəsaitini depozit kimi "Bank of Azerbaijan”a qoyub.

Hasabına yatırdığı pulu 2 aydan çoxdur ki, bankdan heç cürə geri ala bilməyən Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) səlahiyyətli şəxsi artıq son yol kimi məhkəməyə müraciət etməyə qərar verib. Mənbə həmçinin bildirir ki, əgər həmin məmurun banka qoyduğu pul bir neçə min olsa idi o çox güman ki, heç belə kiçik məbləğdən ötrü məhkəməyə müraciət edib, bununla da adının mətbuatda hallanmasına şərait yaratmazdı. Lakin deyildiyi kimi həmin şəxsin “Bank of Azerbaijan”a qoyduğu pulun miqdarı kifayət qədər böyük olduğundan o geri çəkilmək niyyətində deyil.

Onun, dəfələrlə pulunun geri istərkən bank əməkdaşları ilə kəskin mübahisə etdiyi bildirilir. Buradan istər-istəməz ortaya maraqlı bir sual çıxır ki, bu da həmin məmurun külli miqdarda pulu hansı yolla əldə etməsidir.Çox gümanki o aylıq maaşı ilə bu qədər vəsaiti ,özü də tez bir zamanada əldə edə bilməzdi.Bolgexeber.com olaraq həmin şəxsin adını və əsas gəlir mənbəyi və ümumiyyətlə onun haqda əldə etdiyimiz çox maraqlı məlumatları təfsilatı ilə diqqətinizə çatdıracayıq.
Bolgexeber.com