Poroşenko bu gün and içəcək
7-06-2014, 09:25
Oxunub: 3 288
Ukraynada bu gün ölkənin yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimi keçiriləcək
Mərasimdən sonra Poroşenko rəsmi olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlayacaq. Prezidentin inaqurasiyası ilə əlaqədar paytaxt Kiyevdə hazırlıq işləri görülüb. Kiyev qarşıdurmaları zamanı xarabalığa dönən Maydan meydanında abadlıq işləri aparılıb. Yerlərə yeni müxtəlif formalı daşlar düzülüb, hasarlar rənglənib və güllər əkilib.
Ölkə parlamentində isə, yeni prezidentin quracağı hökumət və idarəetmə forması müzakirəyə çıxarılıb.
«Poroşenko partiyamızın böyük dəstəyinə malikdir. İstənilən halda o, bizim partiyamızın qurucularındandır. Düşünürəm ki, Poroşenko ölkənin şərqi ilə qərbini barışdırmağı bacaracaq» — deyə Regionlar partiyasının millər vəkili Anna German qeyd edib.
Prezidentin inaqursaiya mərasiminə, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden və Avropa Şurasının prezidenti Herman Van Rompöyün də qatılacağı gözlənilir.
Bu arada, Kiyevdə isə, yeni mer Vitali Kliçkonun vəzifəsi artıq rəsmiləşib. UDAR partiyasının lideri elə ilk gündən şəhərdə abadlıq işlərinə start verəcəyini bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər