Həkim ağır xəstə olan əsgər üçün:"Canı “itin canı kimi möhkəmdir”"
8-06-2014, 13:40
Oxunub: 4 136
"Çağırış vaxtı oğlum tam sağlam olub"
Bolgexeber.com bildirir ki, əsgər atası Polad Əliyev kömək üçün Qafqaz Xəbər Agentliyinə (Qafqaznews.org) müraciət edib: “ Mənim oğlum Nurlan Əliyev 2014-cü ilin yanvar ayında Astara rayonundan ordu sıralarına çağrılıb. Çağırış vaxtı oğlum tam sağlam olub. O, əvvəlcə Gəncədəki hərbi hissədə, sonra isə Gədəbəydə qulluq edib. 8 apreldə oğlumla görüşəndə gördüm ki, onun yüksək hərarəti var. Mənim təkidli xahişlərimdən sonra onu müayinə etmək üçün Şəmkir qospitalına göndərdilər. Həkimlər oğlumun bronxlarında problem olduğu üçün onu Gədəbəydəki tibb-sanitar hissəyə göndərdilər. Orda oğlumu müayinə edən Qafur Həsənov mənə bildirdi ki, oğlunuz tam sağlamdır, sadəcə hərbi xidmətdən yayınmaq üçün özünü xəstəliyə vurub. Mən həkimdən xahiş etdim ki, mənim bircə oğlum var, onu düzgün müayinə elə. Həkim Qafur Həsənov mənə dedi ki, sənin oğlunun canı “itin canı kimi möhkəmdir”.
Oğlum yenidən hərbi hissəyə qayıdandan sonra vəziyyəti pisləşdi. Xeyli şikayətdən sonra oğlumu Gəncə qospitalına göndərdilər. Orada oğlumda Hepatit-B virusu tapıldı və onu müalicə üçün Bakı hərbi qospitalına göndərdilər. Hazırda oğlum infeksiya şöbəsində müalicə olunur. Ancaq oğlumun səhhəti yaxşılaşmır. Nurlanda çox güclü öskürək var. Həkimlər bunu oğlumun siqaret çəkməsi ilə əlaqələndirir. Amma mənim oğlum heç vaxt siqaret çəkməyib. Mənə elə gəlir ki, oğlumun müalicəsi düzgün aparılmır. Ona görə də oğlumun Bakı şəhərindəki digər klinikalardan birinə köçürülməsini xahiş edirəm”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər