BolgeXeber.Com » Gündəm » "Lənkəran DYP-nin zabiti Orxan Qəribov sürücünü döyə də bilər, söyə də... "-Şikayət
"Lənkəran DYP-nin zabiti Orxan Qəribov sürücünü döyə də bilər, söyə də... "-Şikayət
10-06-2014, 16:30
Oxunub: 5 078
Polis kapitanından şikayət edənlər deyirlər ki, o, sürücünü döyə də bilər, söyə də...
Lənkəran Polis Şöbəsinin Yol Polis Xidməti bölməsinin zabiti Orxan Qəribovla bağlı olduqca ilginc şikayətlər daxil olur. Verilən məlumata görə, edilən şikayətlərdə polis kapitanının hüquq mühafizə orqanlarına yaraşmayan hərəkətlərindən və onun özbaşınalığından bəhs olunur.
Lənkəran sakini Alim Babayevin bildirdiyinə görə, DYP zabiti Orxan Qəribov rayonda tanınmış DYP işçilərindən biridir. Onun istədiyi vaxt istədiyi şəxsi saxladığı, cərimə etdiyi və insanlara qarşı kobud davrandığını bildirən şikayətçi qeyd edir ki, bunun üçün kapitana qaydaları pozmaq mühüm deyil. «Orxan Qəribov əgər göstəriş verirsə maşını saxla, gərək saxlayasan. Əks təqdirdə, maşını saxlatdırdıqdan sonra sürücünü təhqir edə və ya döyə də bilər».
Alim Babayev bildirir ki, bu hərəkətlərinə görə rayon sakinləri bir neçə dəfə onu xəbərdar ediblər və çiynində gəzdirdiyi ulduza hörmət qoymasını çatdırıblar. Lakin Orxan Qəribovun bu sözü deyəni nəinki təhqir edib, hətta daşıdığı kapitan ulduzlarını və onu verənləri də təhqir etməkdən çəkinməyib. «Dəfələrlə onunla bağlı rayon rəhbərliyinə şikayət edilib. Lakin heç bir tədbir görülməyib. Orxan Qəribov da bundan arxayın olduğu üçün bildiyi kimi hərəkət edir. Bu adam o qədər haqqın yolunu azıb ki, hətta maşında qadın, uşaq, qız olmasına baxmayaraq, sürücünü ən ağır ifadələrlə təhqir edir. Pul tələb etdiyi təqdirdə verməyən sürücünün ailəsi belə maşında olsa, düşürdüb, cərimə meydançasına aparır».
Məlumatda deyilir ki, Lənkəran DYP-nin rəisi Nəsimi Məmmədov olsa da, Orxan Qəribov onu qətiyyən saymır. Hətta açıq şəkildə deyir ki, rəis özüdür və N.Məmmədov ona heç nə edə bilməz. Orxan Qəribov icra başçılarından birinin qohumudur. Eyni zamanda, onun daima çavuş rütbəsi daşıyan DYP əməkdaşı ilə birlikdə «reydlərə» çıxdığı məlum olub.
Qeyd olunur ki, Orxan Qəribovun idarə etdiyi DYP maşınının nömrəsi 10 YP 299, dövlət nişanının nömrəsi isə 1432-dir. Onunla birlikdə hərəkət edən çavuş isə bildirir ki, o, deputat Hadı Rəcəblinin bacısı oğludur.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər