BolgeXeber.Com » Gündəm » Ağdam Təhsil Şöbəsinin müdirəsi icra başçısına qarşı niyə kampaniya aparır?
Ağdam Təhsil Şöbəsinin müdirəsi icra başçısına qarşı niyə kampaniya aparır?
10-06-2014, 17:50
Oxunub: 5 082
Elmira Şükürova icra başçısı vəzifəsinə iddialıdır
Bolgexeber.com bildirir ki, Ağdamda icra başçısı dəyişdə də rayonda problemlər olduğu kimi qalır. Payon rəhbəri iki aydan çox müddət keçməsinə baxmayaraq İcra Hakimiyyətinin aparatında ciddi kadr islahatları apara bilmir.Buna səbəb həmin kadrların arxasında keçmiş icra başçısı Nizami Sadıqovun durmasıdır. Mənbə bildirir ki, Ağdamda korrupsiyaya ən çox bulaşmış qurumlardan biri Ağdam rayon Təhsil Şöbəsidir. Mətbuatda Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Elmira Şükürovanın adı tez-tez müxtəlif növ yeyintilərdə və rayonun təhsil müəissəsilərində qanunsuz pul yığımlarında hallanır. Bildirilir ki, Raqub Məmmədov bu yaxınlarda Ağdam təhsil şöbəsinin müdirəsi Elmira Şükürovaya bəzi təlimatlar verib. Həmin təlimatların təhsilin və tədrisin vəziyyətini yaxşılaşdırmaq məqsədi güdmədiyi deyilən məlumatda qeyd olunur ki, şöbə müdiri sözü eşitsə də, onu həyata keçirməkdən imtina edib.
İş ondadır ki, Raqub Məmmədova qarşı çıxan təkcə təhsil şöbəsinin müdiri deyil. Həmçinin Ağdam maliyyə idarəsinin rəisi, baş həkim, eləcə yerli idarələrdən bir neçəsinin rəhbəri də yeni icra başçısının tapşırıqlarına məhəl qoymurlar. Onları işdən çıxarmaq isə hələlik mümkün deyil. Ona görə ki, bu adamların hər birinin ayrı-ayrılıqda kimlərəsə bağlılığı var.
Vəziyyəti belə görən Raqub Məmmədov köhnə əlaqələrini işə salaraq (red: Raqub Məmmədov 1993-2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur.) Elmira Şükürovanın vəzifəsindən kənarlaşdırılmasına nail olmağa çalışmışdır. Lakin görünür Elmira Şükürovanın da əlaqələri geniş olduğundan icra başçısı hələ ki,öz istəyinə nail ola bilmir.Mənbə həmçinin onu da bildirir ki, Elmira Şükürova himayədarlarının olmasına baxmayaraq vəzifəsində qalması üçün yüksək mənsəb sahiblərinə külli miqdarda pul vermişdir.
İcra başçısının ona qarşı niyyətini başa düşən Elmira Şükürova “müdafiə” ilə kifayətlənməyərək icra başçsına əks-hücuma keçmək qərarına gəlmiş və bütün mümkün vasitələrlə icra başçısına qarşı kampaniyaya start vermişdir.Bundan başqa bildirlir ki,ümumiyyətlə Ağdam təhsil şöbəsinin müdirəsi hətta sabiq icra hakimi Nizami Sadıqovun vaxtında icra başçısı olmağa iddialı olub və aprelin 16-da prezident İlham Əliyevin imzaladığı sərəncamla rayonun sabiq icra hakimi Nizami Sadıqov tutduğu vəzifədən çıxartdıqdan və onun yerinə Raqub Məmmədovun təyin olunmasından sonra belə bu arzusundan vaz keçməyib. Qeyd edək ki, mənbənin dediyinə görə Raqub Məmmədovun kadr islahatı keçirmək istəyinin arxasında heç də rayonda müsbət islahatlar aparmaq yox, maliyyə mənbələrini öz nəzarəti altına keçirmək istəyi durur.Mövzu ilə bağlı araşdırmalarımız davam etdirəcəyik. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər