İsmət Abbasov nə qədər əmək haqqı mənimsəyib:214 min, yoxsa 1 milyon?
13-06-2014, 11:10
Oxunub: 2 929

Bir neçə ay əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Baytarlıq Təchizatı Birliyinin (BTB) vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılaraq cinayət işi başlanmışdı.
Hesablama Palatasının materialından məlum olurdu ki, BTB-nin vəzifəli şəxsləri 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əməkhaqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat pulu mənimsəyiblər.
Nəticədə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Möhtəbər mənbədən daxil olan məlumata görə uzun illər BTB-nin rəisi keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun baldızı oğlu Cavid Hadiyev olub. Və Hesablama Palatasının materialında qeyd olunan “2012-1013-cü illərdə 214 min manat mənimsənilib” məsələsi düzgün deyil. Çünki 2012-2013- cü illərdə deyil, son 8 ildə bircə nəfər işçi də BTB-dən əmək haqqı almayıb. Yəni 8 ildə təxminən 1 milyon manata yaxın əmək haqqı mənimsənilib. Görəsən, Hesablama Palatası məsələni niyə sonadək araşdırmayıb və üzdən keçib?
Həmin dövrdə BTB-nin 100-ə yaxın işçisinin təkcə əmək haqqı mənimsənilməyib, digər əmək hüquqları da pozulub.
Yeni nazir Heydər Əsədov vəzifəyə gələndə 2 ay BTB-nin işçilərinə əmək haqqı verilsə də son 6 ayda yenə köhnə qaydalar işə düşüb. Və yarım ildir ki, qurumda heç kim əmək haqqı almır.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) əməkdaşı BTB-nin rəisi Müşfiq Alıyevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edib. Nə qədər təəccüblü olsa da rəis 100-ə yaxın işçisinin 6 aydır maaş almadığını təsdiqləyib.
Görəsən, cənab nazir Heydər Əsədovun bu barədə məlumatı varmı?
Axı, 6 ay 100-ə yaxın işçiyə əmək haqqı verməmək cinayətdir...
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər