BolgeXeber.Com » Gündəm » 13 vahabinin Xəzər rayonu Qala qəsəbəsində törətdikləri cinayət

13 vahabinin Xəzər rayonu Qala qəsəbəsində törətdikləri cinayət

14-06-2014, 12:05
Oxunub: 5 319 2 qadın döyülüb, 1 nəfər biçaqlanıb

Bu gün səhər saatlarında Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsində Abdullayev Namiq Qənimət oğlu öz evində vahabilər tərəfindən döyülüb.

Belə ki,A.Namiq yaşadığı evi Vahabilərə kirayə veribmiş.A.Namiq 3 aydır kirayə pulunu və işıq pulunu verməyən vahabilər dən “50 azn”işıq pulunu istəmək üçün gedib.Buna etiraz edən 13 nəfər vahabilər :

“Biz heç kimə heç nəyə görə pul ödəmirik və ödəməyəcəyik”

Deyə bildirərək: “Heç kim bizdən pul istəyə bilməz biz bu dövlətin ağalarıyıq”deyərək ev yiyəsini döyüblər.Bundan ürəkləri soyumayan vahabilər A.Namiqin evinə girərək onu və ailəsini bir daha döyüblər.Bundan xəbər tutan Namiqin əmisi oğlu Abdullayev Sadiq davaya müdaxilə edərkən vahabilərdən bir neçəsi ona biçaq zərbəsi ilə xəsarət yetiriblər .Hal hazirda A.Sadiq Sabunçu rayon xəstəxanasına yerləşdirilib vəziyyəti orta ağırdı.

Zərərçəkənin qohumları Tia.az-a verdiyi məlumatda bildirir ki cinayətkarların 3 nəfərini polis yaxalayıb.Digər 10 nəfəri isə qaçıb.Hadisə ilə bağlı Xəzər rayon 1 nömrəli Polis bölməsi və Xəzər rayon Polis İdarəsi ilə əlaqə saxladıq cavab olaraq :”Bizə belə ir məlumat daxil olmayıb”deyə bildirdilər.