BolgeXeber.Com » Gündəm » ADAU-dan yazımıza münasibət bildirildi

ADAU-dan yazımıza münasibət bildirildi

14-06-2014, 12:25
Oxunub: 4 250 Universitet barəsində yazılanların onların işgüzar nüfuzuna xələl gətirildiyi qeyd olunur

Ötən gün Azərbaycan Dövlət Aqrar Universitetində baş verən hadisələrlə bağlı məlumat yaymışdıq.Bolgexeber.com-a daxil olan məlumatlarda universitetdə TQDK-nın testindən kənar qəbul aparıldığı və digər neqativ hallardan bəhs olunurdu.
Bu gün ADAU-nun mətbuat xidmətindən Bolgexeber.com-a göndərilən yazılı açıqlamada iddia edilib ki, bir sıra mətbu orqanlarında universitetin işgüzar nüfuzuna xələl gətirən informasiyaların yayılması şəffaf və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. «Belə qənaətə gəlinir ki, universitetdə şəffaflığın yaradılması, dərsə davamiyyət səviyyəsinin xeyli yaxşılaşdırılması, tədris prosesində interaktiv metodlardan geniş istifadə edilməsi, beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən insanların şəxsi maraqlarına cavab vermir. Yəqin universitetlə bağlı gedən böhtan xarakterli yazıların “naməlum mənbəsi” də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir. Bir daha bildiririk ki, universitetlə bağlı gedən yazılar reallığı əks etdirmir və onun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır».
Bolgexeber.com