Füzuli Ələkbərovun milyonluq layihəsi- Fotolar
16-06-2014, 10:15
Oxunub: 5 000
Otelin smeta dəyəri rəsmən açıqlanmasa da bunun milyonlarla manat dəyərində olduğu qeyd edilir
Ötən həftə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun İsmayıllının İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarması haqda xəbər vermişdik. Bolgexeber.com xəbər verir ki, sabiq nazirlə bağlı AzVision.az-a daha bir maraqlı məlumat daxil olub.Məlumata görə, Füzuli Ələkbərovun nazir vəzifəsində işlədiyi dönəmdə İsmayıllının Talıstan kəndində tikdirdiyi məşhur “Sheraton İsmayıllı Hotel”i layihəsi iflasa uğramaq üzrədir. Mənbənin bildirdiyinə görə, “beş” ulduzlu otelin bu ilin yanvarında açılışı planlaşdırılsa da bu baş tutmayıb. Açılışı təxirə salınan oteldə inşaası yarımçıq qalıb.
Adıçəkilən otelin tikintisində çalışanlar da əməkdaşımıza bu xəbəri təsdiq ediblər. Bildirilib ki, 2014-cü ilin yanvar ayında möhtəşəm açılışı nəzərdə tutulan otelin tikintisi artıq bir neçə aydır dayandırılıb. İşçilərin sözlərinə görə, otelin tikintisinə rəhbərlik edən şəxslər bunu maddi çətinliklərlə əlaqələndirirlər. Otelin istifadəyə verilib-verilməməsi də sual altındadır.
Otelin smeta dəyəri rəsmən açıqlanmasa da bunun milyonlarla manat dəyərində olduğu qeyd edilir.
Məlumat üçün qeyd edək ki, “Sheraton İsmayıllı Hotel”inın tikintisini “İmprotex Real Estate” MMC həyata keçirib. Həmin şirkətin Ələkbərov ailəsinə məxsus olduğu dəfələrlə mətbuatda bildirilib. Şirkətin Starwood Hotels & Resorts Worldwide Inc-lə imzaladığı razılaşmaya görə “Sheraton İsmayilli oteli”nin 2014-cü ildə açılması nəzərdə tutulurdu.
Layihəyə əsasən, oteldə 147 otaq, 32 lüks nömrə, restoran, 3 bar, fitnes salonu, açıq və qapalı hovuz da olmalı idi.
“Sheraton Hotels & Resorts” ABŞ-ın otellər şəbəkəsidir. Azərbaycandan başqa dünyanın bir çox ölkələrində eyni adlı otellər şəbəkəsi fəaliyyət göstərir.
F.Ələkbərov ötən il oktyabrın 22-də prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılıb.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər