BolgeXeber.Com » Gündəm » Saatlıda yasda şiə mollanı döyən vəhhabi tutulub (Yenilənib)

Saatlıda yasda şiə mollanı döyən vəhhabi tutulub (Yenilənib)

16-06-2014, 15:45
Oxunub: 3 672 Molla Hacı Tahir Nuriyevi yas mərasimində döyən şəxs saxlanılıb

Bolgexeber.com bildirir ki, bu barədə məlumatı virtualaz.org saytına açıqlamasında Saatlı Rayon Polis Şöbəsindən veriblər.

Növbətçi hissədən bildirdi ki, dünən yas mərasimində molla Hacı Tahir Nuriyev vəhhabilik cərəyanının geniş şəkildə yayılmasından danışıb. Vəhhabi təriqətindən olduğu güman edilən şəxslə onun arasında mübahisə yaranıb. Daha sonra həmin şəxs mollanı vurub. Tərəflər sakitləşdirilib.

Onlar şöbəyə gətirilərək ifadələri alınıb. Polis şöbəsindən o da bildirildi ki, mollanı vuran şəxs artıq saxlanılıb. İstintaq işi davam etdirildiyindən həmin şəxsin adı açıqlanmır.

* * * 14:04

Saatlı rayonunda şiə-sələfi qarşıdurması olub.
Belə ki, hüzr məclisində ruhani Hacı Tahir Nuriyev moizə edərkən, məclicdə olan vəhhabilər onun sözünü kəsərək Hacını təhqir ediblər.

Bununla sakitləşməyən sələfilər Haci Tahir Nuriyevi döyüblər.

Münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra Hacı Tahir və onu döyən adamlar sərbəst buraxlıb. Rayonun 800-ə qədər dindarının Haci Tahirin müdafiəsinə qalxdığı deyilir.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.