BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadənin Sabirabaddakı adamının “ağ qızıl” zərbəsi

Əhməd Əhmədzadənin Sabirabaddakı adamının “ağ qızıl” zərbəsi

16-06-2014, 16:00
Oxunub: 3 374 Fermerlər məcbur olub pambığı qrunt suları ilə suvarırlar, bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur

Sabirabad sakinləri rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri Mirəziz Əzizovdan (camaat arasında Mirəlif kimi tanınır) ölkə rəhbərliyinə şikayət ediblər.Bolgexeber.com bildirir ki, gunxeber.com-a da daxil olan müraciətdə bildiilir ki, Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin Sbirabaddakı işçisi yerli əhaliyə və kənd təsərrüfatı məhsullarına, xüsusən də “ağ qızıl” sayılan pambıqçılığın inkişafına qənim kəsilib. Prezidnt İlham Əliyevə ünvanlanan müraciətdə deyilir: “Özünü general Vaqif Axundovun tələbə yoldaşı kimi təqdim edən Mirəziz Əzizov Sabirabad fermerlərinə su vermir. Verəndə də bunu pamdıq sahələrinin suvarılması üçün bir hektara görə 10, bostan məhsullarının suvarılması üçünsə bir hektara görə 20-30 manat alır. Şikayət edən də də deyir ki, nə istəyirsiniz edin, mənə işıq versinlər, mən də sizə su verim. İşığı pulla lıram, yuxarılara haqq verirəm, neynəməliyəm, verdiklərimi çıxarmalıyam, ya yox? Pambıq sahələrimiz və bostan məhsullarımız susuzluqdan alışıb yanır. Belə getsə bu il Sabirabadda pmbıq məhsulu götürmək olmayacaq. Bu həm camaata züm etməkdir, həm də dövlətə zərbədir, kənd təssərrüfatının, pambıqçılığın məhvi deməkdir. Biz ölkə rəhbərliyini Sabirabadlıları Mirəziz Əzizovun zülmündən qurtarmağı xahiş edirik”.

Məlumatda bildirilir ki, fermerlər məcbur olub pambığı qrunt suları ilə suvarırlar, bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Müraciət müəllifləri həmçinin M.Əzizovun Sabirabad rayon Maliyyə Şöbəsinin müdiri olan bacanağı Hüseynağa Gülüşovla əlbir olaraq dövlət tərfindən ayrılan külli-miqdarda vəsaiti mənimsədikləri bildirilir. Onların sözlərinə görə, bu iki şəxsin maliyyə maxinasiyaları ilə bağlı çox ciddi faktlar var və onları növbəti müraciətlərində açıqlayacaqlar. Müraciətdə bildirilir ki, M.Əzizov qeyri-qanuni yollarla və maxinasiyalarla əldə etdiyi külli-miqdarda vəsait hesabına özünə, oğluna bahalı maşınlar, bir neçə yerdə mülk alıb, böyük torpaq sahələri ələ keçirib, biznes obyektləri var. Müraciət müəllifləri M.Əzizovun bütün bunlara sahib olmasının Sabirabad sakinlərinin qanı-canı bahasına başa gəldiyini deyirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com