BolgeXeber.Com » Gündəm » Xızının icra başçısı Vaqif Abdullayevin evini sökdürür

Xızının icra başçısı Vaqif Abdullayevin evini sökdürür

17-06-2014, 13:15
Oxunub: 5 481 İcra başçısının itlərini parka buraxdırmayan Xəzər Aslanov sabiq başçının qəzəbinə tuş gəlmişdi

Bolgexeber.com bildirir ki, Xızı rayonundan azerinfo.org-a ilginc məlumat daxil olub. Məlumat verən mənbənin sözlərinə görə Xızı rayonunun icra başçısı bir neçə gün öncə icra hakimiyyətində qurtuluş günü ilə bağlı toplantıdakı çıxışında qanunsuz evlərin söküləcəyini bildirib. Bundan sonra Xəzər Aslanov icra nümayəndəsinə bildirib ki,rayondakı parkın ərazisini genişləndirmək üçün təcili parkın ətrafındakı evləri siyahıya alsın. İcra nümayəndəsi başçıya həmin evlərin yüksək vəzifəli məmurların olduğunu deməsi də başçını yumşaltmayıb. Xatırladaq ki,parkın ətrafında Xızının sabiq icra başçısı,hal-hazırda Beyləqanda icra başçısı işləyən Vaqif Abdullayevin,həmçinin Sərhəd qoşunlarının komandanı Elçin Quliyevin əzəmətli villaları var. Xəzər Aslanov parkın ətrafındakı villaları sökdürməklə sabiq başçı Vaqif Abdullayevin rayondakı adamlarını yerində oturtmaq istədiyi bəllidir. Xatırladaq ki, xüsusi cins itləri olan Vaqif Abdullayev,bu itləri Xızıdakı villasında saxlatdırır. Bir neçə ay öncə isə məhz itlərə görə sabiq başçı ilə Xəzər Aslanov arasında ciddi qalmaqal olmuşdu. Belə ki,icra başçısının itlərini parka buraxdırmayan Xəzər Aslanov sabiq başçının qəzəbinə tuş gəlmişdi.

Bundan sonra Vaqif Abdullayevin adamları Xəzər Aslanova qarşı savaş açdılar.

Xəzər Aslanovun Xızıdakı əməlləri konkret faktlarla Prezident aparatına göndərildiyi iddia edilir. Mənbəmizin iddiasına görə Xəzər Aslanovun vurulmasında yerli Xızı camaatı da maraqlıdır. Çünki Xəzər Aslanovun
Altıağac qoruğunu bütövlükdə satildığını söyləyən Xızılılar yerli əhalinin icra başçısından böyük narazı olduğunu dilə gətirirlər.

Xatırladaq ki,hələ bir il əvvəl Milli Məclisin deputatı Zeynəb Xanlarova bildirmişdi ki, Altıağac Milli Parkında boş yer qalmayıb, torpaqlar məmurlar tərəfindən zəbt edilib, orada villalar, saraylar ucaldılıb, yerli camaat isə qara gündə yaşayır. Qoruğun ərazisinə tabe olan torpaqların satılması bilavasitə icra başçısının razılığı ilə gerçəkləşir. Onun rəsmi icazəsi olmasa, heç kim burdan torpaq ala bilməz. Altıağacda torpağın bir sotu 20-30 min manatdır. Rayon rəhbəri hektarlarla sahəni satıb. Qoruğun yaxınlığında yerləşən istirahət mərkəzlərinin bir neçəsi icra başçısınındır. Camaatın dolanışığı pis gündədir, amma o, kef çəkir. Biz bunu qəbul edə bilmərik. Sizin vasitənizlə ölkə başçısından xahiş edirik ki, cənnəti xatırladan Xızını böyrüüstə qoyan Xəzər Aslanovu vəzifədən uzaqlaşdırsın. Bəlkə, o gedəndən sonra rayonumuz yenidən dirçələr”.

Qeyd edək ki, adıçəkilən məmur 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlayıb, 1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 1994-cü ildən 2002-ci ilədək Daxili İşlər Nazirliyində əməliyyatçı, 2006-cı ildə Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. Prezidentin 10 aprel 2012-ci il tarixli, 2138 saylı sərəncamı ilə Xızıya başçı təyin edilib.
Bolgexeber.com