Bakıda 58 yaşlı kişi 7 yaşlı qızı zorlayıb
17-06-2014, 14:25
Oxunub: 3 735
Baş Prokurorluq paytaxtda baş verən zorlama hadisəsi ilə bağlı məlumat yayıb.
Bolgexeber.com xəbər verir ki, iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olaraq sonuncunun 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayət olunan zor tətbiq etməklə cinsi əlaqədə olub zorladıqdan sonra hadisə yerindən qaçıb. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Rayon prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yaşar Yusifov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər