Təzə vəzifə alan general öz qohumlarını işə götürdü
19-06-2014, 11:05
Oxunub: 3 830
Qanunun 7-ci maddəsinə görə, vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməz
General-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsinə təyin edildikdən sonra rəhbərlik etdiyi hərbi birləşmədə apardığı dəyişiklikləri təəccüblə qarşılanıb.Bolgexeber.com xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, R. Tahirovun komandan postuna yeni təyinatına sevinən HHQ-nın zabit-gizir heyəti bir müddət sonra qarşılaşdıqlarına təəssüflənməyə bilməyiblər.
Buna əsas yaradan səbəblərdən biri isə R. Tahirovun HHQ-da apardığı kadr dəyişiklikləri olub. Belə ki, R. Tahirovun verdiyi son qərar HHQ-da qohumbazlıq kimi qarşılanıb və buna yüksək rütbəli zabit heyəti, o cümlədən komandirlər ciddi etiraz edib. Bir sözlə R. Tahirovun xalasının oğlanlarının HHQ-da yüksək postlara təyin etməsi heç də müsbət dəyərləndirilməyib. Digər tərəfdən bu yüksək vəzifəyə təyin edilən xalaoğlanları həm də bir-biri ilə qardaşdırlar.
Xatırladaq ki, R. Tahirovun əmrinə əsasən, yaxın qohumları olan Müşfiq Şabanov HHQ Qərargah rəisinin müavini, Emin Şabanov isə arxa cəbhə təminatı idarəsinin rəisi postlara təyin edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə görə, vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməzl
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər