Sumqayıtın girişindəki əxlaqsızlıq yuvasına kim nəzarət edir?
24-06-2014, 10:25
Oxunub: 4 072
«Bayat» kafesini «Pəhləvan» qardaşlar işlədir, amma işin içində polis rəisinin adı da hallandırılır
Sumqayıt şəhərinin girəcəyində gecələri səsli-küylü, cavanların aşıb-daşdığı, hər gün səhərdən axşama qədər daş daşıyıb, fəhləlik edən insanların getdiyi və aldadılğı bir məkan var. Qapısından içəri girildikdə böyük bir kafe və ya restoran olduğu zənn edilən həmin yerin adı «Bayat» kafesidir.
Jam.az xəbər verir ki, səs-küyü, «kəndəvoy» diskotekası ilə diqqəti çəkən «Bayat» əslində kafe yox, açıq şəkildə əxlaqsızlıq yuvasıdır. Burada yaşı 16-dan tutmuş, 30 yaşına qədər intim xidmət göstərən «növbənöv» qızların yarıçılpaq formada ortalıqda gəzişməsi isə birmənalı olaraq müştəri «tutmaq» taktikasıdır.
Qapıdan içəri daxil olduqda səni «ədəblə» qarşılayan bu yarıçılpaq qızların ilk olaraq ofisant olduğunu zənn edənlər də az deyil. Amma masa başında əyləşdikdən sonra irişə-irişə müştəriyə yaxınlaşıb, onun nə istədiyini soruşan və sonda işi intim xidmətə gətirib çıxaran bu kafe «sakinləri»nin tək məqsədi 15-20 manat müqabilində gənclərin ehtirasını söndürməkdən başqa bir şey deyil. Üstəlik, bu irişməklik, həm də içəcəyin çayın, pivənin və ya yeyəcəyin yeməyin hesabının artmasına da ciddi təsiri var. Yəni, bu yarçılpaq qızlar gənclərin «başını bişirib» sonda ona elə bir hesab təqdim edirlər ki, müştərinin ağzı açığa qalır.
«Bayat»ın sahibi «Pəhləvan qardaşlar» deyilən şəxslərdir. Onların kimliyi haqqında bilgi elə də çox deyil. Bilinən odur ki, bu qardaşlar «Qarabağ qazisi» adı altında gizlənməklə, özlərinə bu şəkildə «çörək» qazanırlar. Həmçinin onların belə obyektlərinin sayı bir deyil, bir neçədir və hamısı Sumqayıt yolunun üzərində yerləşir.
Yüngül həyat tərzi keçirən qızların hesabına varlanan qardaşların güvəndiyi məmurlar da var. Məsələn, iddia edilir ki, Sumqayıt şəhər Polis İdarəsinin rəisi «Pəhləvan qardaşların» himayəçisi rolunda çıxış edir. Bunun nə qədər doğru olduğunu demək çətindir. Amma bunu elə kafedə çalışan işçilər deyirlər. Hətta onu da deyirlər ki, bir neçə gün əvvəl polis rəisinin müavini «Bayat»ın qonağı olub. Ətrafında yarıçılpaq qızlarla yemək masası arxasında bir xeyli şərab içən rəis müavini onun təsirindən hayıl-mayıl olub. Onu isə oradan güclə sürücüsü çıxarıb. Buna da biz demirik, elə orada işləyənlər söyləyirlər.
Bizim üçün maraqlıdır ki, Sumqayıt şəhərinin girəcəyində, yolun düz kənarında, hamının gözü qarşısında əxlaqsızlıq yuvası fəaliyyət göstərdiyi halda şəhər Polis İdarəsi niyə tədbir görmür? Bunun səbəbi nədir ki, polis məsələyə müdaxilə edərək, gənclərin əxlaqını korlayan və qanunla qadağan olunmuş işlə məşğul olanları məsuliyyətə cəlb etmir? Olmaya iddialar doğrudur? Olmaya Sumqayıt polisinin həqiqətən də bu obyektin işləməsində əli var və ya yardımçı olur? Hər halda biz buna inanmaq istəmirik. Amma ona da inanmağa çalışırıq ki, Sumqayıt Polis İdarəsi məsələ ilə bağlı tədbir görüb, qanunun aliliyini təmin edəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər