Anar Məmmədov “Topaz”ı Hafkadan alır - Foto
24-06-2014, 12:00
Oxunub: 4 427
Mərc oyunlarının təşkilini həyata keçirən “Topaz”la iş adamı Hafiz Məmmədovun yolları ayrılır
“Bank of Azerbaijan”ın sahibi H.Məmmədovun “Topaz”dakı payının əlindən alınması bankın fəaliyyətindəki böhranla əlaqədardır. Belə ki, sözügedən bankın düşdüyü böhranlı vəziyyət Hafka ilə “Topaz”ın vidalaşmasına gətirib çıxarıb.
Mənbə iddia edir ki, gündəlik yığılan mərc vəsaiti “Bank of Azerbaijan”da toplanıb, uduşlar bu bank tərəfindən təqdim olunub. Lakin “Bank of Azerbaijan”ın qarşılaşdığı ağır dövr belə bir qərar verməyə əsas yaradıb. Çünki bankın külli-miqdarda borcu var. Topaz “Bank of Azerbaijan”da yığılan borcları geri qaytara bilmir.
Mənbə qeyd edir ki, “Topaz”da nəqliyyat nazirinin oğlu Anar Məmmədovun da payı var. Xeyli vaxtdır ki, nazir oğlu ilə iş adamının münasibətlərində bir soyuqluq yaranıb. Belə görünür ki, Hafkanın “Topaz” payı bir əldə cəmləşdirilir və köhnə şəriklə biznesə son qoyulur.
axar.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər