Astarada dövlətin pulunu belə yeyirlər
24-06-2014, 12:40
Oxunub: 4 331
Daxil olan məlumata görə, Astara rayon Kakalos inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərə xidmət edən məktəbəqədər təhsil üçün nəzərdə tutulan uşaq bağçasında ciddi yeyinti halları var.
Məlumatda bildilir ki, hələ sovet dönəmində, 70-ci ilin əvvəllərində inşa edilən baxça sənəd üzərində dəfələrlə təmir edilsə də faktiki olaraq ona bu vaxta qədər əl gəzdirən olmayıb.
Bu il də təmirə xeyli vəsait ayrılıb. Bunu eşidən sakinlər xəbəri mətbuata ötürməklə prosesi nəzarətə götürmək və həqiqətən baxçanın təmirinə nail olmaq istəyirlər.
Araşdırmalarımız zamanı məlum oldu ki, baxça binasının ərazisi 300 kv. metrdir və təkcə dam örtüyünün dəyişdirilməsinə isə 33.148 min manat vəsait ayrılıb. İşin icrası “Təmir-2013 MMC”-yə həvalə edilib. Maraqlıdır ki, təmir müəssisəsinə pul əvvəlcədən ödənilib və o, indiyə qədər işə başlamayıb.
Kənd sakinləri təkcə dam örtüyünün dəyişilməsinə bu qədər vəsaitin xərclənə biləcəyinə inanmırlar. Onların bu narahatçılığını adi riyazi hesablamalar da sübüta yetirir.
Belə ki, orta hesablamalarla bu binanın dam örtüyünün dəyişilməsinə 350 “şifer” gedər. 1 ədəd şiferin qiymətinin 5.man 50 qəpik olduğunu nəzərə alsaq bu da 1925 manat edər.
Təmir işində həmçinin 5x15 ölçüsündə təxminən 30 kub yaxın taxta materialından istifadə oluna bilər. Qeyd edək ki, 1kub- 22 ədəd taxta deməkdir.
Nəzərə alsaq ki bir ədəd taxtanın bazar qiyməti 11 manatdır, o zaman tələb olunan 660 taxta üçün uzağı 7000 min manat vəsait lazımdır.
Qeyd olunanlara əlavə xərcləri gəldikdə (dam örütyünün sökülüb yenidən bərpası, fəhlə və usta pulu) bu da orta hesabla 3500 manatdan yuxarı ola bilməz.
Çıxarılan hesabları ümumiləşdirsək belə çıxır ki, adı çəkilən uşaq baxçasının dam örtüyünü dəyişdirilməsinə maksimum 12.500 manat tələb olunur.
O zaman ortaya belə bir sual çıxır; yerdə qalan vəsait hara, kimin çibinə axacaq?
Sakinləri narahat edən bu sualları Kakalosun inzibati-ərazi nümayəndəsi Cəfər Əhmədova ünvanladıq.
Cəfər Əhmədovun cavabı isə xeyli maraqlı oldu. İcra nümayəndəsi vəzifəyə yeni təyin oldunduğunu bildirdi. Bununla belə o, həqiqətən uşaq baxçasına bu qədər vəsaitin ayrıldığını təsdiqlədi.(İnfom.az)
Hətta onu da bildirdi ki, dam örtüyündən əlavə cari təmir üçün də 13.864 manat pul ayırılıb: “Amma bunların heç biri mənlik deyil. Mənə sadəcə rayon maliyyə şöbəsindən sənəd gətirirlər, mən də qol çəkirəm. Hara, nə qədər xərc çıxacaq, pul hara gedəcək, deyə bilmərəm”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər