Qubanın icra başçısı Rauf Həbibovun aqibətini yaşaya bilər
25-06-2014, 10:30
Oxunub: 3 840
2012-ci ilin mart ayında Quba rayonunda baş verən məlum hadisələr icra başçısı Rauf Həbibovun vəzifədən «vurulması» ilə nəticələndi. Prezidentin imzaladığı sərəncamla Mübariz Ağayev rayona icra başçısı təyin edildi. Amma qubalılar hardan biləydilər ki, Mübariz Ağayev Rauf Həbibovdan da betər olacaq və onun həyata keçirdiyi qanunsuzluqların beş qat artığına imza atacaq. Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Etibarlı mənbələrdən aldığımız bilgilərə görə, rayonun sosial inkişafı ilə bağlı büdcədən ayrılan vəsaitlər şəxsi məqsədlər üçün istifadə olunur. Ki, bu da rayonun bərbad hala düşməsinə gətirib çıxarır: «İcra başçısının dəyişməsindən sonra Qubada vəziyyət daha da pisləşib. Mübariz müəllim rayonun mərkəzi hissələrində yerləşən yaşıllıq sahələrini məhv edərək yerini müxtəlif iş adamlarına satıb. Mərkəzdə yaşayan əhalinin istirahət etməyə yeri yoxdur. İstirahət parklarının ərazisində qanunsuz tikinti işləri aparılır. Ağacları qıran şəxslərin əksəriyyəti icra hakiminin adamlarıdır. Başçı abadlaşma adı altında rayonun mərkəzində və kəndlərdə adı «Qırmızı Kitab»a düşən 300-dən artıq "xan çinar" adlanan ağacları kəsdirib». Mənbə bildirir ki, başçı vəzifəyə yenicə təyin olunanda kənd yollarının təmir ediləcəyinə və ucqar yaşayış massivlərində qaz, işıq və su probleminin aradan qaldırılacağına dair söz versə də, vədinə əməl etməyib: «Kənd yolları olduqca bərbad haldadır. Mübariz Ağayev icra başçısı təyin olunandan indiyə kimi prezident bir neçə dəfə Rayon İcra Hakimiyyətinə külli miqdarda vəsait ayrılıb. Bəs hanı o pullarla görülən işlər? Quba nəyə görə bu hala düşüb? Camaat normal şəkildə qaz, işıq və su ilə təmin edilmir. Deyirdilər guya kanalizasiya xətləri yenidən qurulub. Yağış yağan kimi bütün sistem sıradan çıxdı. Başçı gələndən sonra mərkəzi küçələrdəki işıq dirəklərini dəyişib. Halbuki, buna ehtiyac yox idi. Sadəcə, büdcədən vəsait sildilər. Baha qiymətə sifariş edilən dirəklər heç bir il deyil quraşdırılıb, amma işləmir. İcra hakimi rayonda aparılan bəzi təmir-bərpa işlərinə yerli sahibkarları cəlb edir. Mübariz Ağayev görüləcək işləri sahibkarlar arasında bölüşdürüb. Rayon İcra Hakimiyyəti rəhbərinin yersiz müdaxilələri rayonda sahibkarlığın inkişafına böyük zərbə vurub». Qeyd edək ki, vaxtilə Rauf Həbibov da bu kimi işlərlə məşğul olurdu. Onun yaşadığı aqibəti isə nəinki qubalılar, bütün Azərbaycan xalqı gördü. Mübariz Ağayev bu gün həyata keçirdiyi qeyri-qanuni işlərlə Rauf Həbibovun yolu ilə getdiyini göstərir. Bu minvalla Qubada növbəti dəfə icra hakiminin istefası məsələsi gündəmə gələ bilər. Çünki yerli sakinlər artıq RİH rəhbərinin əməllərinə tab gətirmək gücündə deyillər. Böyük ehtimalla yaxın günlərdə rayon ictimaiyyətinin nümayəndələri başçının dəyişdirilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edəcəklər.gundelik.baku
Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər