BolgeXeber.Com » Gündəm » “Ölüm qrupu”nda yaşam savaşı: Uruqvay İtaliyanı evə yolladı!-VİDEO

“Ölüm qrupu”nda yaşam savaşı: Uruqvay İtaliyanı evə yolladı!-VİDEO

25-06-2014, 10:45
Oxunub: 3 348 Futbol üzrə dünya çempionatının qrup mərhələsində Uuruqvay millisi İtaliya yığmasını məğlub edib

Qarşılaşma uruqvaylıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Qarşılaşmanın birinci hissəsində qol olmadı. İtaliya millisinin hücumçusu Mario Balotelli birinci hissədə sarı kart aldı və fasilədə məşqçi onu əvəzlədi.
İkinci hissədə isə italiyalı yarımmüdafiəçi Klaudio Markizio qırmızı kart aldı. O, hakimin gözü qarşısında uruqvaylı futbolçunun dizinə zərbə endirdiyinə göbrə meydandan qovuldu və komandasını azlıqda qoydu.

İkinci hissədə əsas hadisələrdən biri də Uruqvay millisinin hücumçusu Luis Suaresin italiyalı müdafiəçi Corco Kyellinini dişləməsi oldu. Uruqvaylıların hücumu zamanı Luis Suares rəqibin çiynindən dişlədi. İtaliyalı futbolçu hakimin yanına qaçaraq, çiynində Suaresin dişlərinin yerini göstərsə də, meksikalı hakim bunu nəzərə almadı.

Qarşılaşmada yeganə qol 81-ci dəqiqədə vuruldu. Dieqo Qodin künc zərbəsindən sonra topu Buffonun qoruduğu qapıya yolladı.

Beləliklə, Uruqvay millisi növbəti mərhələyə çıxdı, İtaliyanı isə evə yolladı. İtaliya dünya çempionatında mübarizəni dayandıran beşinci Avropa komandası oldu. İndiyədək Xorvatiya, İspaniya və İngiltərə yığmaları turniri tərk edib, Bosniya millisi də növbəti mərhələyə çıxmaq şansını itirib. Dünya çempionatında 13 Avropa yığması mübarizə aparırdı. Onlardan hələlik yalnız Hollandiya və Belçika pley-off mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, qrupun digər oyununda növbəti mərhələyə vəsiqəni özü üçün təmin etmiş Kosta-Rika millisi və turnirdə mübarizəni dayandıran İngiltərə yığmaları arasında qarşılaşma qolsuz heç-heçə ilə bitdi.apa