BolgeXeber.Com » Gündəm » Polisə məhəbbət şikayəti + Kriminal

Polisə məhəbbət şikayəti + Kriminal

25-06-2014, 11:15
Oxunub: 2 652 İki gəncin "sevgi oyunu" polisi ayağa qaldırıb

Bolgexeber.com milli.az-a istinadən xəbər verir ki, dünən Mingəçevir şəhərində yaşayan 24 yaşlı Elşən Mustafayevin sevgi probleminə Daxili İşlər Nazirliyini də qatıb. Rayon Polis Şöbəsindən bildirilib ki, E.Mustafayev dünən Kür çayı üzərində olan körpünün dəmir hasarına çıxıb və oradan DİN-in 102 xidmətinə zəng edərək həyatdan bezdiyini və özünü çaya atmaq istədiyini deyib.

Həmin yerə gələn polis əməkdaşları onu fikrindən daşındıraraq şöbəyə aparıb. E.Mustafayev bildirib ki, bir qızı uzun müddətdir sevir. Lakin son günlər qız onunla evlənməkdən imtina edib. Səbəb isə özü haqqında qıza yalan məlumat verməsidir. Hərbi xidmətdə olduğu vaxt həbs edilərək məhkum olunsa da, bu barədə qıza deməyib. Sevgilsi bu haqda eşidəndən sonra onunla evlənməkdən imtina edib.

Ona da əlavə edək ki, ölkə mətbuatında E.Mustafayevin özünü Kür çayına ataraq öldürməsi barədə məlumat yayılmışdı. Halbuki belə bir intihar hadisəsi olmayıb.