BolgeXeber.Com » Gündəm » Tarif Şurası Ziya Məmmədovun gediş haqqının artırılması təklifinə "yox" deyib
Tarif Şurası Ziya Məmmədovun gediş haqqının artırılması təklifinə "yox" deyib
25-06-2014, 15:35
Oxunub: 3 291
“Çox pul qazanmaq istəyir"
“İctimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı sahibkarlar dəfələrlə çıxış ediblər. Bununla bağlı Nəqliyyat Nazirliyinə də müraciət ediblər. Müəyyən sahibkarlar var ki, onların məsrəfləri ödənilmir. Ona görə qiymətlərin qalxmasını istəyirlər. Lakin bu məsələ Tarif Şurasının səlahiyyətlərinə aiddir”.
Bunu açıqlamasında Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
“Çox pul qazanmaq istəyir. Çünki o da bankdan kredit götürür, avtobus alır. Amma hər halda zəruri addım atmaq üçün bunun üçün iqtisadi əsas olmalıdır. Bu məsələni nə sahibkar, nə də Nəqliyyat Nazirliyi həll edir. Bu ancaq Tarif Şurasının qərarından asılıdır. Təkcə bu qurum qərar qəbul etdikdən sonra qiymətlər qalxa bilər, hətta azala bilər. Bu, bazar iqtisadiyyatıdır”, - N.Həsənov deyib.
N.Həsənov xatırladıb ki, nazirlik ötən il qiymətin qalxması ilə bağlı Tarif Şurasına müraciət edib, lakin qurum bunu qəbul etməyib.
Qeyd edək ki, ölkəyə avtobusların gətirilməsi ilə məşğul olan sahibkarlar iddia edirlər ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılmazsa, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün avtobusların gətirilməsi heç bir halda mümkün olmayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər