Sevinc Babayevanın oğlu həbs edildi
25-06-2014, 15:40
Oxunub: 3 375
Ayxan Məmmədova oğurluq ittihamı irəli sürülüb və 3 il 6 ay həbs verilib
“Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilib.
Bu barədə redaksiyamıza özünü A.Məmmədovun dostu kimi təqdim edən Orxan adlı şəxs məlumat verib.
Dostu bildirdi ki, A.Məmmədov barədə bu gün Binəqədi rayon Məhkəməsində keçirilən proses zamanı hökm çıxarılıb. “Favorit” marketdə oğurluq etdiyi iddiası ilə ona qarşı açılan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb və A.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dostunun bildirdiyinə görə, A.Məmmədov üçün bu qərar gözlənilməz olub. Çünki o, marketdən hər hansı oğurluq etmədiyini daha öncə bildirib və yaxın ətrafına şərə düşdüyünü deyib. Bundan başqa, A.Məmmədova şərti iş veriləcəyi barədə vəd verildiyi üçün o, bu həbsə hazırlıqlı olmayıb.
S.Babayevanın oğlunu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar. Ayxan telefonunu, şəxsi əşyalarını dostuna verib.
Mövzunu davam etdirəcəyik. (musavat)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər