BolgeXeber.Com » Gündəm » Qaradağda Silahlı Qüvvələr gününə həsr olunmuş bayram konserti keçirilib - Foto
Qaradağda Silahlı Qüvvələr gününə həsr olunmuş bayram konserti keçirilib - Foto
25-06-2014, 16:40
Oxunub: 4 453
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif oluniblar
İyunun 25- də Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hospitalda Azərbaycan Silahlı Qüvvələr gününə həsr olunmuş bayram konserti keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, zabitlər, hərpi hospitalın həkimləri, əsgərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov adından salamlayaraq bütün zabit və əsgər heyətini bu möhtəşəm bayram münasibətilə təbrik edib. Ölkəmizin hərb tarixindən danışaraq qeyd edib ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi hərbi sahə də ciddi böhranla üzləşmişdi. Ordunun maddi-texniki təminatında problemlər müşayiət olunur və siyasiləşmə meylləri özünü hiss etdirirdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldı, elmi prinsiplərlə yanaşıldı və hökm sürən pərakəndəlik aradan qaldırıldı.
Bu gün də Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif oluniblar.
Daha sonra tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən hər bir əsgərə bayram sovqatı, hərpi hospital üçün isə musiqi mərkəzi ilə soyuducu hədiyyə olaraq təqdim olunub.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər