Kürdəmirdə narkomaniyaya qarşı tədbir keçirilmişdir
25-06-2014, 17:10
Oxunub: 4 308
Narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir
İyunun 25-də rayonun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi" mövzusunda praktik konfrans keçirilmişdir
Tədbirdə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dovriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzviləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil , səhiyyə , mədəniyyət işçiləri və gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əhmədov bildirmişdir ki, 1996-cı ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə narkomanlığa qarşı mübarizə siyasətinin konsepsiyası hazırlanmış, narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram qəbul edilmişdir.
Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Narkotiklərlə mübarizə sahəsində mühüm qanunlar qəbul edilmiş, Azərbaycan BMT-nin 3 mühüm konvensiyasına qoşulmuşdur.
Hamıya məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2013-cü il 24 iyun tarixli 2966 nömrəli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Həmin proqramın müvafiq bəndlərinin rayonumuzda icrasını təmin etmək məqsədi ilə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dovriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və icrası komissiya tərəfindən daim nəzarətdə saxlanılır.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli 2014-cü ilin ötən 5 ayı ərzində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dovriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən görülmüş tədbirlər barədə ətraflı çıxış etmişdir.
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nizami Feyzullayev, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev və rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Həsənov narkomaniya və onun törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişlər.
Daha sonar tədbirdə iştirak edən rayon Prokurorunun köməkçisi Faiq Quliyev və rayon polis şöbəsinin CAB baş əməliyyat müvəkili mayor İbrahim Sadıqov narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayonda hüquq-mühafizə orqanları tərəfindən birgə aparılan tədbirlər barəsində məruzə ilə çıxış etmişlər.
Dialoq şəkilində davam edən tədbirdə bir sıra məsələlər müzakirə olunmuş, gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğu diqqətə çatdırılmışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər