BolgeXeber.Com » Gündəm » Prezident Nəqliyyat Nazirliyinə iş tapşırdı

Prezident Nəqliyyat Nazirliyinə iş tapşırdı

23-07-2014, 18:30
Oxunub: 3 449 Xızı rayonunun Şuraabad qəsəbəsinədək olan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb

Prezident İlham Əliyev Bakı-Quba magistralından Xızı rayonunun Şuraabad qəsəbəsinədək olan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırlıb.