Məmurlara bahalı maşın qadağası
25-07-2014, 10:40
Oxunub: 2 882
Naxçıvanda “Naz-Lifan” markasından başqa avtomobillərin sürülməsinə qadağa qoyulub. Əhali yalnız yerli maşınlarla təmin edilir. Həmçinin məmurlara da yerli maşınlardan istifadə etmək göstərişi verilib. Bu qadağanın yaxın gələcəkdə Azərbaycanın digər yerlərində də tətbiq olunacağı, Bakıda və digər şəhərlərdəki məmurlar da yerli avtomobillərdən istifadə etməyə məcbur olacaq. /virtualaz.org/
Naxçıvan Avtomobil Zavodunun (NAZ) tikintisi 2008-ci ildə başlayıb. Zavod 2010-cu ilin yanvarında işə başlayıb. 2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes forumu çərçivəsində isə NAZ-la “Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co. Ltd.” Şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş “Lifan” markalı maşınların naxçıvanda yığılmasını nəzərdə tutur. Zavodda Almaniya, Belçika və İtaliya avadanlıqlarından istifadə olunur.
Hazırda ölkədə “Naz-Lifan” markasından 1500 avtomobil var.
Bir neçə gün ğncə Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən Böyük Vətən Müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfəri “Naz-Lifan” markalı minik avtomobili ilə təmin edilib.
Həmin şəxslərdən 38 nəfəri Böyük Vətən Müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl əlilidir. Aprel-mayda 2014-cü ilədək növbəyə dayanmış 677 Qarabağ müharibəsi və 20 Yanvar əlilli avtomobillə təmin edilib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər