Türkiyəyə qatarla gedəcəyik
25-07-2014, 11:30
Oxunub: 4 013
]Gün ərzində orta hesabla 700 metr xətt çəkilir
Bakı-Tiflis-Qars layihəsinin Gürcüstandan keçən hissəsində işlər 4 mərhələ üzrə aparılır. Birincidə Marabda stansiyasından Tetriskara stansiyasına qədər 30 km məsafəni əhatə edir. Tetriskara-Çalka stansiyaları arasındakı 50 km-lik xətt isə ikinci mərhələyə daxildir. İlk iki mərhələ üzrə işlərin 95 %-i yerinə yetirilib və hazırda burada son tamamlama işləri aparılır. 3-cü mərhələ Çalka və Axalkalaki stansiyalarını birləşdirən 74 km uzunluğunda dəmiryolu xəttinin 50 km-lik hissəsi hazırdır. Sonuncu mərhələyə isə Axalkalakidən-Kartsax stansiyasına qədər olan 26 km məsafə daxildir. Burada da işlərin 90 %-nin yekunlaşdığı deyilir. Yalnız bu hissədə Avropa standartlarına uyğun dəmiryolu relslərindən istifadə olunduğundan buradakı 26 km uzunluğunda xətt texnika ilə yox, əllə döşənilib.
Sonuncu stansiyadan sonra Türkiyə ilə sərhəddə dağların altı ilə 4 km uzunluğunda tunel çəkilir. Hər iki tərəfdən irəliləyən işçi heyətin tuneldə qarşılaşması üçün cəmi 850 metr məsafə qalıb ki, bunun da ilin sonuna qədər tamamlanacağı deyilir. Gün ərzində orta hesabla 700 metr xətt çəkildiyini bildirən “Dəmiryolservis”in Gürcüstan filialının icraçı direktoru İsmayıl Sadıqov işlərin başa çatma vaxtı ilə bağlı bunları dedi.
İsmayıl Sadıqovun sözlərinə görə, boş qalan hissənin torpaq işi, körpülər qurtarmaq üzrədi: “Yolun qoyulması da noyabrdan sonra praktiki olaraq burada hava şəraiti imkan vermir. Ona görə də planlaşdırırıq ki, sentyabra qədər yolu birləşdirək və sentyabrın birinci yarısında işçi qatarını Türkiyə sərhədinə, tunelə qədər aparacağıq”.
Bir sözlə, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindəki 189 km-lik hissəsində yolun birləşməsi üçün son 24 km xəttin payız fəslinə girmədən çəkiləcəyi bildirilir. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yerinə yetirilən layihənin Bakı-Tiflis-Ceyhan boru xəttindən sonra ölkəmizin iqtisadiyyatının inkişaf etməsində ikinci layihə kimi qiymətləndirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər