Özünü yandıran Qarabağ əlili Gənclər və İdman nazirinin dayısı imiş
25-07-2014, 11:45
Oxunub: 4 043
O bomj həyatı yaşamaqdansa ölümü seçdi
Məlumatlı mənbələrdən alınan məlumata görə bu günlərdə daha bir Qarabağ veteranı özünü Mərdəkan qəsəbəsində yandırmışdır.
Məlumatlı məndənənin verdiyi məlumata görə 1971- ci ildə anadan olmuş Həsənov Əli Ənvər oğlu 1992 — ci ildə OMON-da vuruşub. Məlum OMON hadisələrindən sonra Hollandiyaya çıxıb gedən Əli Həsənov orada milli münaqişə zəminində Azərbaycan bayrağını təhqir edən bir ermənini öldürüb. Cəzasını çəkdikdən sonra Hollandiyadan onu Azərbaycana deportasiya ediblər. Azərbaycanda onun yaşamağa yeri olmayıb. Dostları yığışıb onun üçün kirayə balaca bir otaq tutublar. Lakin müəyyən vaxtdan sonra o balaca otağında pulunu verə bilməyən Əli küçələrdə qalıb.
Dostları onu da dedilər ki, bu qədər vaxtda Əli Həsənov veteran statusu almaq üçün mübarizə aparıb. Lakin DİN — də ona OMON-un arxivinin llmadığını bəhanə gətirərək Qarabağda o qədər vuruşmağına baxmayaraq veteran statusu verməkdən imtina ediblər.
Bütün bu əziyyətlərə dözməyən Əli Həsənov həyatına son qoymaq qərarına gəlib. O Mərdəkan qəsəbəsində özünü yandıraraq öldürüb.
Teref.infoya məlumat verən mənbə işin ən dramatik tərəfinin isə Əli Həsənovun Gənclər və idman naziri Azad Rəhimovun doğma dayısı olmasıdır.
Mənbənin verdiyi məlumata görə nazir Azad Rəhimov rəhmətlik dayısı Əli Həsənova heç bir kömək etməyib. Hətta rəhmətliyin xahişlərinə baxmayaraq, hardasa işləməsi üçün şərait belə yaradmayıb. Dedyilənlərə görə Azad Rəhimov istəsəydi dayısına hardasa hətta bir gözətçi yeri də verə bilərdi ki, onun heç olmasa qalmağa yeri olsun. Lakin ………
İşsizlik, evsizlik və imkansızlıq Qarabağ müharibəsi veteranı,keçmiş OMON-çu ,Gənclər və İdman naziri Azad Rəhimovun doğma dayısı Əli Həsənovu ən əzablı intihar yolunu seçməyə məcbur etdi. O bomj həyatı yaşamaqdansa ölümü seçdi
O özünü yandırdı.
Allah rəhmət eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər