BolgeXeber.Com » Gündəm » "Esmiralda" masaj salonunun arxasında kim dayanıb?

"Esmiralda" masaj salonunun arxasında kim dayanıb?

24-10-2014, 14:35
Oxunub: 9 778 Xətai Rayon Polis İdarəsinin əməkdaşları intim xidmətlərin göstərildiyi obyekti bağlaya bilmir"



Burda işləyən azyaşlı qızlar gün ərzində ən azı 5-6 nəfəri masaj edib onlarla cinsi əlaqəyə girirlər"



Nə qədər qəribə səslənsə də qeyd etməliyik ki, bu gün paytaxtda yerləşən masaj salonlarının bir çoxu əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bunu heç kim inkar edə bilməz. Ona görə ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə masaj salonlarında reyd keçirərək əxlaqsızlıq yuvasının saxlandığını üzə çıxarıblar. Həyata keçirilən müxtəlif tədbirlərə rəğmən, masaj salonu adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının sayı azalmaq bilmir. Əksinə, bu kimi obyektlərin sayı hər gün bir az da artır.

Qeyd edək ki, əxlaqsızlıq yuvasına çevrilən masaj salonlarının nə lisenziyası var, nə də burda çalışan şəxslərin sertifikatı.Yəni həmin salonların fəaliyyəti sırf qanunsuzdur. Ekspertlərin sözlərinə görə, xarici ölkələrdə masaj salonlarına ciddi dövlət nəzarəti var: "Azərbaycanda da həm qeyri-millətdən olanların, həm də azərbaycanlıların açdığı masaj salonlarında mütəmadi yoxlamalar aparılmalıdır. Təəssüf ki, belə yoxlamalar aparılmır. Paytaxtın ən mərkəzi yerlərində açıq-aşkar fəaliyyət göstərən masaj salonlarının heç birinə nəzarət edilmir". Səhiyyə Nazirliyinin rəsmiləri isə bildirir ki, masaj salonlarına nazirlik nəzarət etmir: "Nazirlik heç bir masaj salonunu lisenziyalaşdırmır. Əgər həmin salonlarda tibbi xidmət göstərilmirsə, ona lisenziya verilmir. Əgər onlar sırf masajla məşğul olursa, bu, başqa məsələ". Ancaq iş orasındadır ki, paytaxtdakı masaj salonlarının yetərli hissəsi müştərilərə tibbi yox, cinsi xidmətlər təklif edir. Əxlaqsızlıq yuvasına çevrilən masaj salonlarından biri də paytaxtın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən "Esmiralda"dır. Xatırladaq ki, binanın zirzəmisində fəaliyyət göstərən masaj salonunda baş verən əxlaqsızlıq haqqında qəzetimizin ötən saylarında yazılar dərc etmişdik. Üzülərək demək istəyirik ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları yazdığımız faktların heç birini araşdırmadı. Qaçaq Nəbi küçəsində yaşayan sakinlərdən aldığımız məlumatlarda isə bildirilir ki, "Esmiralda" masaj salonu fəaliyyətini açıq-aşkar şəkildə davam etdirir: "Obyektin xanım sahibi bizə deyir ki, salonun fəaliyyətinə heç kim müdaxilə edə bilməz. O özündən çox razı və kiməsə arxayındır. Biz yüz faiz bilirik ki, burda müştərilərə tibbi xidmətlər göstərilmir. Salonda çalışan qızların geyimi və sərgilədikləri davranış başqa məsələlərdən xəbər verir. Eşitdiyimizə görə, masaj salonunda 20-yə yaxın qız işləyir. Onların çoxunun azyaşlı olduğu bildirilir". Sakinlər bildirir ki, masaj salonunda iyrənc işlər hər gün qeydə alınır: "Günorta saatlarında bağlı olan əxlaqsızlıq yuvasında iş axşam saatlarında start götürür. Salonun qapısı açılan kimi müştərilər axın edir. Deyilənə görə, salonda 1 saatlıq masaj və yarım saatlıq intim xidmətin qiyməti 50-60 manat civarında dəyişir. Əxlaqsızlıq yuvasında işləyən azyaşlı qızlar gün ərzində ən azı 5-6 nəfəri masaj edib onlarla cinsi əlaqəyə girirlər. Salonun sahibi çirkin əməllərdən gün ərzində külli miqdarda gəlir əldə edir. Maraqlıdır ki, rayonun aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbərliyi "Esmiralda"nın fəaliyyətinə qadağa qoymur. 34-cü Polis Bölməsinin əməkdaşları hər gün masaj salonunun qarşısından keçirlər və təəssüf ki, özlərini görməzliyə vururlar. Yəqin ki, əxlaqsızlıq yuvasının sahibi lazım olan şəxslərin xəcalətindən çıxır. Əks halda, əxlaqsızlıq yuvası açıq şəkildə fəaliyyət göstərə bilməzdi. Təbii ki, bu çirkab yuvasında baş verən iyrənc əməllər bizi narahat edir. Qəzetiniz vasitəsilə Xətai Rayon Polis İdarəsinin rəhbərliyindən xahiş edirik ki, bu biabırçılığı aradan qaldırsınlar. Əgər imkanınız olsa, bir gün vaxt ayırıb gəlib burdan reportaj hazırlayın". Qaçaq Nəbi küçəsinin sakinlərinin xahişini nəzərə alıb yaxın günlərdə "Esmiralda" masaj salonundan geniş reportaj hazırlayacağıq. İnanmaq istərdik ki, Xətai Rayon Polis İdarəsinin rəhbərliyi tezliklə adıçəkilən əxlaqsızlıq yuvasının fəaliyyətinə son qoyacaq. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.gundelik-baku