Ukraynada sükut günüdür
25-10-2014, 08:50
Oxunub: 3 066
Sabah Ukraynada keçiriləcək parlament seçkiləri ilə əlaqədar partiyaların seçki kampaniyası artıq başa çatıb. Bu gün Ukraynada sükut günüdür
Tarixi əhəmiyyət malik seçkilərdə 29 siyasi partiya və partiya birlikləri iştirak edəcək. Rəy sorğusuna əsasən, hazırkı prezident Pyotr Poroşenkonun yaratdığı siyasi blokun seçkilərdə daha çox səs toplayacağı gözlənilir. Baş nazir Arseniy Yatsenyukun “Xalq Cəbhəsi” bloku da parlamentdə kifayət qədər yer əldə edə bilər.
Mərkəzi Seçki Komissiyası seçici fəallığının yüksək olacağını proqnozlaşdırıb. Ölkədə, üumilikdə, 34 milyona yaxın seçki hüququna malik vətəndaş var.
Seçki ərəfəsi fonunda ölkənin şərq hissəsində vəziyyət gərgin olaraq qalır. Ötən gün ATƏT-in sülh missiyası regionda müşahidələr aparmaq məqsədilə pilotsuz dronların ilk sınaq uçuşlarını keçirib.
BMT rəsmiləri indiyə qədər Ukraynada 3700-dən çox insanın münaqişələrdə öldüyünü açıqlayıb. 800 mindən çox insan zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb.
Ölkə rəsmiləri Təhlükəsizlik Şurasının iclasında çıxışları zamanı sentyabr ayının 5-ində əldə olunan atəşkəs razılaşmasının kövrək olduğu barədə xəbərdarlııq ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər